Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:27

Kamran Həsənlinin analoqu olmayan dil siyasəti


Kamran Həsənli
Kamran Həsənli

-

Kamran Həsənli deyir ki, "zajiqalka”ya “alışqan” deməyə ehtiyac yoxdur, necə ki televizora "göstərən” demirik...

Şirvani Ədilli

KAMRAN HƏSƏNLİNİN DİL SİYASƏTİ:

“Zajiqalka”ya “alışqan” deməməliyik, çünki televizora “göstərən” demirik.

Tanınmış aparıcı Kamran Həsənlini vətənpərvər, millətçi, turançı və bu ideyaların təbliğatçısı olan bir şəxs kimi tanıyırıq.

Eyni zamanda o, tarix və mədəniyyətimiz haqqında məlumatı olan beş-üç savadlı aparıcıdan biridir.

Bununla belə təəccüb və təəssüf doğuran hal ondan ibarətdir ki, K.Həsənlinin “ANS” telekanalında bir neçə gündür ki, apardığı “Günəbaxan” verilişində danışıq üslubu ilə dilimizin gözəlliyinə xələl gətirdiyinin və xüsusən dilimizlə bağlı zərərli fikirlər irəli sürdüyünün şahidi oluruq.

Əminik ki, K.Həsənli türkçülüyü Türkiyə türkcəsində danışmaq kimi başa düşənlərdən deyil və Azərbaycan türkcəsini gözəl bilir. Amma nədənsə aparıcı danışarkən – ismi xəbər şəkilçisini (xüsusən III şəxsin təşkində -dır4) işlətmir.

Yəqin ki, Kamran bəy bilməmiş deyil ki, bu şəkilçi təmiz türk şəkilçisidir və ismi xəbəri digər cümlə üzvlərindən fərqləndirmklə dilimizi gözəlləşdirir və fikri ifadə etməyi və başa düşməyi asanlaşdırır.

Avropa dillərində belə şəkilçi yoxdur və həmin dillərdə buna ekvivalent kimi müxtəlif ifadələrdən (rus dilində “есть”, “является”; ingilis dilində “to be” feilinin indiki zaman forması – “is”, “are” və s.). Göründüyü kimi bu şəkilçiyə malik olmaq dilimizin üstün tərəfidir. Türkiyə ədəbi türkcəsində də bu şəkilçi var və əvvəldən də olmuşdur. Məsələn:

Millət yoluDUR, haqq yoluDUR tutduğumuz yol...

T.Fikrət

...O, mənimDİR, o mənim millətiminDİR ancaq.

M.A.Ərsoy

"Molla Nəsrəddin"
"Molla Nəsrəddin"

Lakin təəssüf ki, Türkiyəli qardaşlarımız bu şəkilçidən demək olar ki, istifadə etmirlər. Ola bilər ki, bu ənənə Avropa dillərinin təsirindən yaranmışdır. Bu şəkilçi dilimizin minilliklərdən süzülüb gələn halalca şəkilçisi ola-ola nəyə görə işlədilməməli, yaşadılmamalı, gələcək nəsillərə ötürülməməlidir? Bu şəkilçini işlətməmək və unudulmasına şərait yaratmaq dilimizə qarşı bir zərbədir və günahdır. Kamran bəyin bu şəkilçidən imtina etməsi heç cür başa düşülən deyil.

K.Həsənli deyir ki, “Zajiqalka”ya “alışqan” deməyə ehtiyac yoxdur, necə ki, televizora “göstərən” demirik. Kamran bəy bilməmiş deyil ki, televizor sözü Avropadakı yeni texniki nailiyyət nəticəsində yaranıb və artıq Avropa mənşəli beynəlxalq sözdür, həmçinin doğru olaraq ədəbi dilimizə, lüğətlərimizə də daxil edilib. Lakin “zajiqalka” texniki nailiyyətin nəticəsi olsa da, beynəlxalq söz deyil, rus sözüdür, ədəbi dilimizə də daxil edilməyib və dilimizdə bu sözün “alışqan” kimi gözəl qarşılığı da var.

Kamran bəy bir çox başqaları kimi “rozetka” sözünü sanki böyük bir problemmiş kmi misal gətirir və bu sözün dilimizdə qarşılığının olmadığını qeyd edərək digər bu kimi sözlərə də qarşılıq tapılmasına ehtiyac olmadığını vurğulayır.

Kamran bəyin və rozetka sözünü tez-tez misal gətirənlərin nəzərinə çatdırıırq ki, narahat olmayın, xəbəriniz olsun ki, bu söz elə “rozetka” kimi də artıq çoxdan ədəbi dilimizə, o cümlədən lüğətlərimizə daxıl edilib və “rozetka” deyilməsində də bir faciə yoxdur.

Lakin bu nadir və istisna hallardandır. Bu prinsipi bütün texniki rus sözlərinə, məsələn, “zajiqalka”ya, “veşalka”ya tətbiq etmək olmaz. Çünki bu sözlərin “alışqan”, “asılqan” kimi gözəl qarşılıqları var.

K.Həsənli “alışqan”, “asılqan”, “kömbə” sözlərini işlədən insanlara rast gəlmədiyini və buna görə də bu sözlərdən imtina etməyi, başqa variantlar (məsələn, alışqana “çaxmaq” deməyi) təklif edir. Kamran bəyin nəzərinə çatdırırıq ki, o, Bakının rusdilli mühitində böyüyüb və öz gördüklərini ümumi hal kimi təqdim etməsin. Bölgələrdə bu sözlər işlədilir.

Məsələn bölgələrdə “veşalka” yox, “paltarasan” və ya “paltarasılan” sözü işlədilir. “Kömbə” sözünə gəldikdə burada qeyri-adi heç nə yoxdur. Bu söz “köpmək”, “kümbəz” kimi sözlərimizlə eyni mənşəlidir və lüğətlərimizdə də var. “Çaxmaq” sözünə gəldikdə bu söz onsuz da ədəbi dilimizdə var və başqa mənalarda işlədilir. “Alışqan” sözünü bilib deməyən insanlar “çaxmaq” sözünü heç qəbul etməzlər.

Onu da qeyd edək ki, əgər insanlar öz ədəbi dilimizdə olan sözləri işlətmirlərsə, onlarla razılaşmaq yox, onları qınamaq lazımdır ki, işlətsinlər və işlətdikcə də normal hala çevrilsin.

Məsələn, mənim üç yaşlı oğlum məndən avtomobilin hissələrinin adını soruşanda ona yad dildə deməyə dilim gəlmir və ana dilimizdə öyrətməyə çalışıram. Ona görə də o, indi məsələn, “ruçnoy”, “zapaska” sözlərini bilmir, “əl tormozu” “ehtiyat təkər” deyir.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG