Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:41

Kamal Abdulla dili korlayanların kimliyini açıqladı


Kamal Abdulla
Kamal Abdulla
-
«Dili ən çox korlayan müğənni və aktyorlardır».

apa-nın xəbərinə görə, bu sözləri AMEA-nın İctimai və Humanitar Elmlər Bölməsinin akademik katibi Kamal Abdulla deyib.

O, Azərbaycan dilçiliyin inkişafına dair Dövlət Proqramının icrası ilə bağlı yaradılmış işçi qrupunun iclasında bildirib ki, radio və televiziyalarda vaxtaşırı monitorinqlər aparılacaq.

K.Abdullanın fikrincə, monitorinq qrupunu Bədii Şura da hesab etmək olar:

«Kimə desəm ki, televiziyalar üçün Bədii Şura yaradılır, hamı bunu alqışlayacaq. Çünki bunun vaxtı çoxdan çatıb. Hər hansı formada televiziyalarda bu işlər görülməli və dil qaydalarının qorunması həll olunmalıdır».

K.Abdulla Azərbaycanda dili korlayanların kimliyini də açıqlayıb:

«Müğənnilər və aktyorlar qədər dili korlayan yoxdur. Biz bəzən diktorları və aparıcıları qınayırıq. Amma dili ən çox korlayan müğənni və aktyorlardır».
XS
SM
MD
LG