Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:41

43 imza Qarabağda sülhə çağırış etdi


Foto: Arxiv
Foto: Arxiv

-

Avqustun 9-da müxtəlif ölkələrin vətəndaşları olan 43 şəxs Qarabağ münaqişəsi tərəflərini qarşıdurmanı dərhal dayandırıb əməli sülh danışıqlarına çağıran bəyanat yayıblar.

Aralarında keçmiş səfirlər, alimlər və jurnalistlər də olan ictimai-siyasi fəalların yaydıqları müraciətin tam mətnini təqdim edirik:

«Biz, aşağıda imza edən Azərbaycan, Ermənistan və başqa ölkələrin vətəndaşları Dağlıq Qarabağ münaqişəsi tərəflərindən təmas xəttində və sərhəd bölgələrində atışmalara, hücumlara son qoymağı tələb edirik.

Tələb edirik ki, tərəflərdən hər hansı biri xoş məram nümayiş etdirərək atəşi birtərəfli qaydada kəsərək digər tərəfi də eyni addımı atmağa çağırsın.

Mahatma Gandhi bir zamanlar demişdi: «Gözə göz qisasının davam etdirilməsi yalnız bütün dünyanın kor qalması ilə nəticələnə bilər». Qarabağda cəbhə xəttində də snayper atəşinə snayper atəşi, hücuma hücumla cavab vermək yalnız daha çox erməni və azərbaycanlının ölümü, yaralanması, əlil olması ilə nəticələnəcək. Gəncləri qara torpaq altına aparır, onların yaxınlarına faciə yaşadırsa, bir neçə metr torpaq, ya da hansısa «strateji yüksəklik» heç nədir.

1994-cü ilin mayında Qarabağ atəşkəsi razılaşdırılıb, imzalanıb. 1995-ci ilin fevralında tərəflər atəşkəsin möhkəmləndirilməsi və ona nəzarət olunmasına razılaşıblar. Amma bütün bunlar hər il onlarla gəncin öldürülməsinin qarşısının alınmasına yetməyib. Son həftələr həlak olan gənclərin bir çoxu atəşkəs razılaşmasının imzalanmasından sonra dünyaya gələnlərdir. Amma atəşkəs özlüyündə kifayət etmir, indiki status-kvo bütün regionda yüz minlərlə insanın həyatını zəhərə döndərir.

Biz vasitəçilər və münaqişə tərəflərindən tələb edirik ki, bu zorakılığı dayandırmağın yeni hüquqi və əməli çərçivələrini tapsınlar. 2008-ci ildə Helsinkidə ABŞ, Rusiya və Fransanın xarici işlər nazirləri tərəfləri öz snayperlərini təmas xəttindən geri çəkməyə çağırıblar. 2010-cu ildə BMT-nin Baş katibi də bu ideyanı alqışlayıb. Təəssüf ki, onlarla adamın həyatını xilas edə biləcək bu təklif reallaşdırılmayıb.

Yekunda biz həm də vətəndaşları, ictimai liderləri, dövlət və müstəqil media təmsilçilərini çağırırıq ki, münaqişənin müzakirəsində etik və peşəkar prinsipləri rəhbər tutsunlar, zorakılığı qızışdırmasınlar. Münaqişənin sülh yolu ilə həllinə dair səmimi cəhdləri dəstəkləsinlər, öz hökumətlərindən münaqişənin alovlanmasının qarşısını almağı və real sülh danışıqlarına başlamağı tələb etsinlər.

9 avqust 2014-cü il.

Veronika Aghajanyan - Münaqişələrin Həlli Mərkəzi, Yerevan.
Anar K. Əhmədov - Leyden Universiteti, Haaqa.
Rəşad Əliyev - jurnalist, sosial media və münaqişələrin həlli üzrə təlimçi, Bakı.
Zinəddin Babayev - Münaqişələrin Həlli Mərkəzi, Boston.
Bayram Balçı - Karneqi Fondu, Vaşinqton.
Sofie Bedford - araşdırmaçı, Lozanna Universiteti.
Laurence Broers – London Universiteti, araşdırmaçı.
Michael Cecire – alim, Filadelfiya.
Alexander Cooley – professor, Nyu-York.
Dzovinar Derderian – Miçiqan Universiteti, Arbor.
John Evans – ABŞ-ın Ermənistandakı keçmiş səfiri.
Arzu Qeybullayeva – Münaqişələrin Həlli Mərkəzi, İstanbul.
Philip Ghamagelyan – Münaqişələrin Həlli Mərkəzi, Vaşinqton.
Natalya Ghurbanyan – Beynəlxalq İnkişaf Eksperti, Vaşinqton.
Richard Giragosian – Regional Araşdırmalar Mərkəzi, Yerevan.
Həmidə Qiyasbəyli – Münaqişələrin Həlli Mərkəzi, Bakı.
Sevil Hüseynova – Avropa Etnologiya İnstitutu, Berlin.
Ülvi İsmayıl – İctimai-siyasət eksperti, Vaşinqton.
Irakly Kakabadze – Çoxşaxəli Diplomatiya İnstitutu, Tbilisi.
Maria Karapetyan – ictimai fəal, İtaliya, Arezzo.
Richard D. Kauzlarich – ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, Arlinqton.
Arsen Kharatyan - Çoxşaxəli Diplomatiya İnstitutu, Yerevan.
Brady Kiesling – ATƏT-in Minsk Qrupunda ABŞ-dan olan həmsədrin keçmiş müavini, Afina.
Charles King – professor, Vaşinqton.
Marion Kipiani – Norveç Helsinki Komitəsi, Tbilisi.
Michael Lemmon – ABŞ-ın Ermənistandakı keçmiş səfiri.
S. Neil MacFarlane – Professor, Oksford Universiteti.
Simon Maghakyan – Kolorado Universiteti, Denver.
Mikayıl Məmmədov – professor, ABŞ, Feyrfaks.
Karen Ohanjanyan – Qarabağ, Helsinki Təşəbbüsü – 92, Xankəndi.
Yelena Osipova – Amerika Universiteti, Vaşinqton.
Mane Papyan – jurnalist, Vanadzor.
Karl Rahder – Bakı Dövlət Universiteti və Slavyan Universitetinin keçmiş müəllimi, Nepervill.
Ələkbər Raufoğlu – jurnalist, Vaşinqton.
Natalya T. Riegg – Professor, Kanzas.
Dennis Sammut – Oksford Universiteti.
Emil Sanamyan – jurnalist, Vaşinqton.
Emil Süleymanov – Çarlz Universiteti, Praqa.
Ronald Grigor Suny – Professor, Miçiqan Universiteti.
Margarita Tadevosyan – Corc Meyson Universiteti, Arlinqton.
Albert Voskanyan – Vətəndaş Təşəbbüsləri Mərkəzi, Xankəndi.
Thomas de Waal – Karneqi Fondu, Vaşinqton.
Cory Welt – professor, Vaşinqton.

XS
SM
MD
LG