Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:30

Stratfor: Qarabağ problemi ətrafında nələri izləməli?


Stratfor Araşdırmalar Mərkəzi yazır ki, Dağlıq Qarabağda və Azərbaycan Ermənistan sərhəddində son döyüşlər və vəziyyətin qızışmasının səbəbləri aydın deyil.

Ancaq aydın olan odur ki, Dağlıq Qarabağ məsələsində ən vacib oyunçu Rusiyadır. Yalnız Rusiya Dağlıq Qarabağda vəziyyəti dəyişə bilər.

Avqustun 8-9-u Soçidə Azərbaycan və Ermənistan prezidentləri Rusiya prezidenti ilə görüşə gedirlər.

Stratafor vəziyyəti anlamaq üçün bu görüşlə bağlı nələri izləməni yazır:

1.Son gərginlik Ermənistanın, Rusiyanın və ya Azərbaycanın bilərəkdən yeritdiyi siyasətdir yoxsa Dağlıq Qarabağda son illərdə adiləşən atəşkəs pozunularının davamıdır ?

2. Bu yaxınlarda Rusiyaya çağırış olacaqmı ki, Dağlıq Qarabağ probleminin həllinə yaxından cəlb olunsun? Sülhümhafizə qüvvələri və ya başqa şəkildə?

3. Müdafiə, enerji və iqtisadiyyatla bağlı Rusiya ilə Ermənistan və ya Rusiya ilə Azərbaycan arasında paralel danışıqlar.

4. Qafqazdakı başqa böyük oyunçuların – Türkiyənin, İranın, ABŞ-ın, Avropa Birliyinin reaksiyaları və mövqelərindəki dəyişikliklər.

XS
SM
MD
LG