Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:46

XİN başçıları bu ay Nyu-Yorkda görüşə bilər


Vartan Oskanyan: "Həmsədrlər hələ ümidlidirlər"
Vartan Oskanyan: "Həmsədrlər hələ ümidlidirlər"
Sentyabrın 12-də Parisdə ATƏT-in Minsk Qrupu həmsədrləriylə Ermənistanın Xarici İşlər naziri Vartan Oskanyanın görüşü keçirilib.

«Azadlıq» radiosunun erməni xidmətinə müsahibəsində cənab Oskanyan görüşdə Qarabağla bağlı iki konkret məsələni müzakirə etdiklərini deyib. Birincisi, danışıqların prinsipləri barədə problemləri müəyyən etməyə çalışıblar ki, onları həll etmək mümkün olsun. İkincisi, danışıqlardan yayınma məsələsi müzakirə olunub.


Vartan Oskanyan Azərbaycanı danışıqların müəyyən olunan əsas istiqamətindən yayınmaqda günahlandırır: «Azərbaycan məsələni başqa təşkilatlarda qaldırmaqla işin gedişinə mane olur, nəticədə vaxt itir».


Vartan Oskanyanın dediyinə görə, indi həmsədrlər qarşıya ikitərəfli danışıqları bərpa etmək məqsədi qoyublar. Çünki həmsədrlər hələ də inanırlar ki, ilin axırına, ya da ən geci Ermənistanda seçkiyə – 2007-ci ilin əvvəlinə qədər müsbət nəticə əldə olunacaq. Ona görə də Azərbaycan və Ermənistan nazirlərinin görüşünün mümkün qədər tez baş tutmasına çalışırlar.


Görüş isə Oskanyanın ehtimalına görə, Nyu-Yorkda, BMT Baş Assambleyasının iclasında olacaq. Cənab Oskanyan Azərbaycan və Ermənistan prezidentlərin görüşü barədə danışmağın tez olduğunu deyib. Onun sözlərinə görə, bu barədə xarici işlər nazirlərinin görüşündən sonra danışmaq olar.


Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovsa sentyabrın 12-də Londona gedir. Onun həmsədrlərlə görüşü sentyabrın 13-nə planlaşdırılıb.


XS
SM
MD
LG