Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:29

Hacı Məmmədov mühüm ifadə vermək istəyir…


Hacı Məmmədov sonuncu məhkəmə prosesində 6 nəfəri qətlə yetirdiyini və 2 nəfəri oğurladığını təsdiqlədi
Hacı Məmmədov sonuncu məhkəmə prosesində 6 nəfəri qətlə yetirdiyini və 2 nəfəri oğurladığını təsdiqlədi

Avqustun 8-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Əli Seyfəliyevin sədrliyi ilə Daxili İşlər Nazirliyinin keçmiş əməliyyat müvəkkili, polkovnik-leytenant Hacı Məmmədov və daha 26 nəfərin işi üzrə məhkəmə prosesi davam etdi. Prosesdə Hacı Məmmədov bir daha mühüm ifadələr vermək üçün ona şərait yaradılmasını xahiş etdi. Məhkəmənin əvvəlki iclasında olduğu kimi, o, yenə də bildirdi ki, bu ifadələri verməsi çox vacibdir, yoxsa gec ola bilər. Hacı Məmmədov mühüm saydığı məlumatları yalnız hakimin, vəkilin və prokurorun iştirakı ilə vermək istədiyini söylədi.


Hakim Əli Seyfəliyev isə dedi ki, onun müraciəti baxılmaq üçün Respublika Prokurorluğuna göndəriləcək.


Məhkəmənin bundan əvvəlki iclaslarında Hacı Məmmədov «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovu da onun rəhbərlik etdiyi dəstənin öldürdüyünü bildirmişdi. Vəkillər onun siyasi hakimiyyətə yaxın adamlar və ya yüksək rütbəli dövlət məmurlarına qarşı hay-küylü məlumatlar verə biləcəyini güman edirlər.


Bugünkü prosesdə Hacı Məmmədov 6 nəfərin qətli, 2 nəfərin oğurlanması hadisələri üzrə ifadə də verdi. O, həmin qətl və adam oğurluğu hadisələrini törətdiyini təsdiqlədi.


Hacı Məmmədovun rəhbərlik etdiyi bildirilən dəstə ötən il martın 9-dan 10-na keçən gecə Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi «Qara kəmər» əməliyyatı nəticəsində zərərsizləşdirilib. Dəstə bir sıra adam oğurluqları və qətllərdə təqsirləndirilir.


XS
SM
MD
LG