Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:52

Azərbaycan yanğınlarla bağlı Ermənistanla əməkdaşlıq edə bilər


XİN-in Mətbuat və İnformasiya Siyasəti İdarəsinin rəhbəri Tahir Tağızadə, 21 iyun 2006
XİN-in Mətbuat və İnformasiya Siyasəti İdarəsinin rəhbəri Tahir Tağızadə, 21 iyun 2006

«Azərbaycan erməni Silahlı Qüvvələrinin nəzarətində olan ərazilərdə baş verən yanğınların nəticələrinin aradan qaldırılmasıyla bağlı Ermənistanla əməkdaşlıq etməyə hazırdır». Bunu Xarici İşlər Nazirliyinin Mətbuat və İnformasiya Siyasəti İdarəsinin rəhbəri Tahir Tağızadə bildirib. Belə bir əməkdaşlığı Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi təklif etmişdi.


Tahir Tağızadə: «Bu, təkcə Azərbaycan üçün yox, bütün region üçün ekoloji fəlakət ola bilər».


Azərbaycan işğal olunmuş ərazilərdə bir neçə həftə davam etmiş bu yanğınların qəsdən törədildiyini bildirir. Qarşı tərəf isə bu ittihamı qəbul etmir.



«Panarmenian» agentliyinin məlumatına görə, Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi səlahiyyətlərini icra edən Vladimir Karapetyan bildirib ki, onun ölkəsi bölgədə qarşılıqlı inamın yaradılması üçün ekoloji məsələlərlə bağlı Azərbaycanla əməkdaşlıq etməyə hazırdır.


Dövlət Baytarlıq Xidməti və Səhiyyə Nazirliyi də yanğınlarla bağlı Azərbaycan ordusunun nəzarətində olan ərazilərdə monitorinq keçirib. Dövlət Baytarlıq Xidməti yanğın nəticəsində vəhşi heyvanların kütləvi miqrasiyasının baş verdiyini deyir və bunun yoluxucu xəstəliklərə səbəb ola biləcəyindən ehtiyatlanır. Monitorinqin nəticələri yaxın günlərdə açıqlanacaq.


XS
SM
MD
LG