Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:21

Paytaxtın mərkəzində kitab dükanları nədən qapanır?


Dipnot
Dipnot

-

İstanbulun mərkəzində - Beyoğluda yerləşən kitab dükanları ard-arda öz məkanından məhrum olur.

Beyoğlunun simvollarından olan “Robinson Crusoe 389” kitab evi buranı tərk edib Salt Beyoğluna köçmək qərarı verib. Səbəb kirayə haqlarının hədsiz qalxmasıdır.

“Robinzon”la yanaşı Beyoğluda “Pandora” kitab evinin ingiliscə kitablar satan bölümü, eləcə də Kelepir, Bengi və Ana kitab evləri də qapanır.

Bu kitapçıların yerləşdiyi bina, otelə çevrilməsi üçün “Taksim Hill” otellərinin sahibi “İnma Turizm”ə satılıb.

Kitab dükanlarının mərkəzdən çıxması ilə burada geyim mağazaları artmaqdadır.

“Robinzon” kitab evindən bildiriblər ki, kirayə problemi ilə hələ 2013-cü ilin yazında üzləşiblər, amma oxuculara müraciət etdikdən sonra və onlar da dükanın xüsusi kartları (RobKart) ilə kitablar aldıqdan sonra kirayə haqqını ödəyə biliblər. Amma problem yayda yenidən kəskinləşib, kirayə haqqını gecikdiriblər və məhkəmə dükan sahibinin “Robinzon”a qarşı iddiasını bu günlərdə təmin edərək onun məkanı boşaltmasını tələb edib.

Dükan təmsilçisi deyib ki, 20 ildir yerləşdikləri məkanı onsuz da artan kirayə haqqı və düşən satış ucbatından tərk etmək barədə düşünürdülər. Çünki əgər şəbəkə deyilsə, kitab dükanının mərkəzdə duruş gətirməsi çətindir: “Nəticədə Beyoğlu eyni tipli dükanlar bölgəsinə çevrilir, mədəniyyət təsisatları buranı tərk etməli olur”.

“Pandora”dan da narahatlıqla deyiblər ki, Beyoğlunda təkcə kitab evləri yox, kinoteatrlar və teatrlar da bağlanır: “Bu yerlər artıq mədəniyyət funksiyasını itirib”. Üstəlik də hökumət kitab sektorunda vergiləri azaltmır. “Pandora” ingiliscə kitablar satan dükanına gələcək otelin ilk qatında kirayə məkan verilməsini təklif etsə də, rədd cavabı alıb.

XS
SM
MD
LG