Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:37

Qədim türklərdə futbol – Tepük


Tepük, müasir illüstrasiya
Tepük, müasir illüstrasiya

-

Futbola çox oxşayan oyun qədimdə türk boylarında da oynanıb.

Adına tepük deyiblər (Təpmək, təpikləmək sözündən).

Orta Asiya türkləri ilə bağlı “La Tartarie” (Avropada Xəzər dənizindən Sakit okeana qədər ərazilərə, Asiyaya uzun müddət Tartaria deyilib) adlı fransızca əsərdə həm oğlanların, həm də qızların oynadığı bir oyundan bəhs edilir. Oyunu həyəcanla izləmiş bir çinlinin dilindən qeyd edilir ki, “Böyük məbədlərdə tez-tez ayaq topu müsabiqələri düzənlənir. Bu oyunda topa əllə toxunmaq olmaz, topa zərbə ya ayaqla, ya da başla vurulur. Beləcə, topu rəqib qapısından içəri salmağa çalışılır”.

Böyük Türk mütəfəkkiri və dilçisi Mahmud Kaşğarlı özünün məşhur sözlüyündə - “Divani-lüğət-it-Türk”də (11-ci əsr) yazır ki, Orta Asiyadakı türklər tepük adlı ayaq oyunu oynayırlar. Onun qeyd etdiyinə görə, oyun qurğuşun kürəyə keçi tükü, yaxud keçə sarınmaqla oynanırmış. Amma zaman keçdikcə, top qurğuşun yox, daha yumşaq maddədən hazırlanıb. O cümlədən içinə hava doldurulmuş qoyun dərisi, tuluqla.

“Tepük” haqda sonrakı mənbələr də yazır. Qapı yerə sancılmış iki qarğıdan ibarət olurdu. Topu ayaqla onların arasından keçirmək lazım idi. Oyunun türk boylarında yüzilliklər boyu oynandığı "Xətayinamə" və "Baybars Tarixi" əsərlərində də qeyd edilir. Bir məqam da orada öz əksini tapıb. Oyun zamanı bəlli dairədən (müasir anlamda kənarı xətlənmiş maydandan) kənara çıxmaq olmazmış.

Ayasofya Kitabxanasında saxlanan "Tarix-i Timur" adlı əsərdə də tepük barədə məlumat verilir və oyunun Teymurləng ordusunda əsgərlərin çeviklik təlimi kimi istifadə edildiyini qeyd edilir.

XS
SM
MD
LG