Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:33

Azərbaycanda siyasi məhbus üzrə məruzəçi təyin oluna bilər


-

Gözlə

No media source currently available

0:00 0:03:28 0:00
Direct-ə keçid

Azərbaycanda siyasi məhbus üzrə qətnamə təklifi bazar ertəsi – iyunun 23-də AŞPA-nın Hüquqi İşlər və İnsan Haqları Komitəsinə yönəldilib. Bu, siyasi məhbus üzrə məruzəçinin təyin olunmasına doğru bir addım sayıla bilər.

Həmin təklifi AŞPA-nın İrlandiyadan olan deputat Michael McNamarra hazırlayıb. AŞPA-nın mayın sonunda Bakıda keçirilən iclasında təklifin hansı komitəyə göndərilməsinin müzakirəsi ertələndi. Bu da yerli hüquq müdafiəçilərində təşəbbüsün Monitorinq Komitəsinə göndəriləcəyi sarıdan narahatlıq yaradıb.

«ÜMİD EDİRƏM MƏRUZƏÇİ TƏYİN OLUNACAQ»

Michael McNamara deyir ki, Bakıda həmin təşəbbüsün Monitorinq Komitəsinə göndərilməsi təklif olunub. Bu, təklifin «öldürülməsi» demək olardı. Cənab McNamara deyir ki, AŞPA-nın hazırda Strasburqda keçirilən yay sessiyası zamanı səsvermə istəyib və təklif Hüquqi İşlər Komitəsinə yönəldilib. Onun sözlərinə görə, növbəti addım siyasi məhbuslar üzrə məruzəçinin təyin olunması ola bilər:

«Ümid edirəm ki, məruzəçi təyin olunacaq. Ümid edirəm məhz bu sessiyada təyin olunacaq. Olmaya da bilər. Ümid edirəm hökumət kimliyindən asılı olmayaraq məruzəçini ölkəyə buraxacaq ki, öz işini görsün, siyasi məhbus məsələsini araşdırsın.»

Vaxtilə AŞPA-nın siyasi məhbuslar üzrə məruzəçisi, alman deputat Christoph Straesser-in Bakıya səfərinə icazə verilmədiyindən, o, hesabatını Azərbaycana gəlmədən hazırlayıb. Sonradan bu hesabat AŞPA-da qəbul olunmayıb. Bundan sonra hakimiyyət rəsmiləri siyasi məhbuslarla bağlı arqumentlərini də həmin sənədin qəbul edilməməsi ilə əsaslandırıblar.

ÜMİD EDİRİK MƏRUZƏÇİ BAKIYA BURAXILACAQ

«Təəssüf ki, prezidentinizin siyasi məhbuslarla bağlı dedikləri Amnesty İnternational-ın bəyanatları, Avropa Məhkəməsinin İlqar Məmmədovla bağlı qərarının fonunda etibarlı görünmür. Ancaq ümid edirəm ki, məruzəçinin işləməsinə şərait yaradılacaq və Azərbaycan Nazirlər Komitəsinin sədri kimi öhdəliklərinə əməl edəcək».

McNamara deyir ki, özünün məruzəçi təyin olunacağını gözləmir, çünki hazırda iki məruzə üzərində işləyir. O, məruzəçinin nə zaman təyin olunacağını da bilmədiyini söyləyir. Dediyinə görə, bu iyunun 27-dək davam edəcək sessiyada baş tuta bilər, sentyabra, Parisdə keçiriləcək sessiyaya da qalması mümkündür. «Qərarı mən deyil, Hüquqi İşlər Komitəsinin sədri verəcək,» McNamara deyir. O, həmin komitənin vitse-prezidentidir.

Michael McNamara bir müddət öncə AzadlıqRadiosuna müsahibəsində bildirib: «Amnesty International» deyirsə ki, Azərbaycanda 18 vicdan məhbusu var, AŞPA kimi qurum məsələni araşdırmalıdır, «görmədim, bilmədim, eşitmədim» yanaşmasından əl çəkib hərəkətə keçmək lazımdır».

PREZİDENT İSRAR EDİR

İyunun 24-də Azərbaycan prezidenti İlham Əliyev isə AŞPA-nın sessiyasında çıxışında bir daha vurğulayıb ki, Azərbaycanda siyasi məhbus yoxdur. Strasserin hesabatı burda uğursuzluğa düçar oldu, çünki yanlış informasiyaya əsaslanır. Bu hesabat şayiələrə əsaslanırdı. İndi siz də bunu etməyə çalışırsınız. Yanlış informasiyanı təkrar etməklə AŞPA-dakı fikri yanıltmağa çalışırsınız. Azərbaycanda siyasi məhbus yoxdur.

Ancaq Azərbaycanda fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatları iyunun 24-də sessiya zamanı yerli və beynəlxalq vahid siyasi məhbus siyahısı təqdim ediblər. Hazırlanan siyahıda 81 məhbusun adı var.

XS
SM
MD
LG