Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:46

«Youtube»da özlərini azərbaycanlı mücahidlər kimi təqdim edənlərin videosu yayılıb


Videodan kadr
Videodan kadr
-
Videogörüntüdə bir nəfər saqqallı, hərbi geyimdə olan şəxs Fərat çayının sahilində dayanıb. Ondan məlumat alan şəxs ərazi haqqında soruşur. O da cavabında bildirir ki, ətrafda Fərat çayı, İraq İslam Şam Dövlətinin (İŞİD) Su Elektrik Stansiyasıdır.

Bundan sonra videogörüntünü çəkən şəxs ətrafdakı daha bir neçə adamı da təqdim edir. Bildirir ki, onlardan biri - Abuzər əvvəl Çeçenistanda, sonra Əfqanıstanda olub. Abu Abdurauf isə top artilleriya taqımımın komandiridir.

Sonra həmin şəxs bildirir ki, elektrik stansiyamız, polisimiz, şəriət məhkəməmiz, çörək zavodumuz var: «Gəlin hicrətə edin, cihad edin. Zilləti buraxın, Danaların, inəklərin quyruğunu buraxın, tezliklə xilafət elan olunacaq, Gücümüz, silahlarımız var».

Dini İşlər üzrə Dövlət Komitəsi bildirir ki, Azərbaycanda dini situasiya nəzarət altındadır. Videogörüntüdə yayılanlar dini məsələ deyil, təhlükəsizlik məsələsidir, bununla da güc strukturları məşğul olur.

Bir neçə gün əvvəl Azərbaycandakı sələfilərin liderlərindən biri olan Hacı Qamət Süleymanov dindarlar başda olmaqla, Azərbaycan cəmiyyətini İŞİD təxribatlarına və bəyanatlarına uymamağa çağırmışdı:
«Tövsiyə edirəm ki, onların çıxışlarına, bəyanatlarına məhəl qoymasınlar. Dini, «Quran»ı düzgün öyrənsinlər, Allaha ibadət etsinlər. Qarşıdan da Ramazan ayı gəlir. Bu ayda tövbə etsinlər».
XS
SM
MD
LG