Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:40

Hekayə onluğu elan edildi!


-

AzadlıqRadiosunun mədəniyyət portalı olan oxuzali.az-da keçirilən "Ədəbi Azadlıq-2014" Müsabiqəsinin hekayə nominasiyasında qısa qiyahısı - onluğu elan edildi.

Münsiflərin 2-ci turda 20-likdəki yazarlara verdikləri ballar onların ilk turdakı balları ilə toplanıb.

Beləliklə, hekayə onluğumuz: (sıralama şərtidir)


Azər Musaoğlu

Hədiyyə Şəfaqət

İlham Əkbərli

Şəhriyar del Gerani

Yaşar Bünyad

Jalə Əsgərova

Nahid

Mübariz Örən

Elşən Tarıverdiyev

Nəcəf Talıbov


20-likdən 10-luğa keçid balı 54 olub.

2-ci turdan sonra 113 bal toplayan yazar öndədir. Sonrakı yerlərdəki yazarlar 84, 83, 71, 69 və s. ballar toplayıblar.

Münsiflərdən bal alan, amma onluğa keçə bilməyən yazarların adlarını (müsabiqənin 1-ci və 2-ci mərhələsində aldıqları ballarla və ümumi nəticə ilə birlikdə) çox baldan az bala doğru çap edirik:


Ziya Fazil 37+16=53

Sabutay Nağı 37+12=49

Hacıbala Səfərov 35+14=49

Rəşid Bərgüşadlı 34+14=48

Murad Tağızadə 31+16=48

Cəmilə Məmmədli 33+13=46

Pərvanə Rəhimova 29+12=41

Nigar Hüseynova 33+6=39

Səid Əliyev 31+8=39

Əbüzər Cəfəri 27+5=32



Hekayə yarışmasının 3-cü mərhələsində - 10-luq oxuzali.az-da on-line səsverməyə çıxarılır. Səsvermə 1 həftə davam edir. Bu dəfə oxucular bəyəndikləri əsərlərə səs verəcəklər. On-line səsvermənin nəticələrini nəzərə alıb-almamaq münsiflərin səlahiyyətindədir.

Səsvermə nəticəsində formalaşan sıralama əsasında hər bir münsifə 1-3-cü yerlərin sahiblərindən birinə 7 bal, 4-7-ci yerlərin sahiblərindən birinə 5 bal, 8-10-cu yerlərin sahiblərindən birinə 3 bal vermək təklif olunacaq.

Verilən ballar hər bir yazarın müsabiqənin 1-ci və 2-ci turlarında aldığı ballara əlavə olunacaq və hamıdan çox bal toplayanlar qalib olacaqlar.

Hekayə onluğuna keçmiş yazarların qarşıdakı həftələrdə yeni əsərlərini çap etməyi (indidən özləri də göndərə bilərlər), onlardan müsahibələr almağı, o cümlədən yeni imzaları oxuculara daha yaxından tanıtmağı düşünürük.

Hekayə onluğuna keçmiş yazarların əsərləri bundan sonra “Oxu zalı”na göndərilən kimi çap ediləcək.

Növbəti mərhələyə keçənlərə uğur arzulayır, keçməyənlərə müsabiqədə iştirak etdikləri üçün təşəkkür edirik!
XS
SM
MD
LG