Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 09:25

Dünyaca məşhur yazıçını irqçilikdə ittiham edirlər


Mark Twain
Mark Twain
-

“Tom Soyerin macəraları”nın müəllifi, dünyaca məşhur Mark Twain-i ABŞ-da irqçilikdə ittiham edirlər.

Ölümündən yüz ildən çox keçsə də, hindular onu bağışlamayıblar.

Onlar Nevadada, Taho gölünün ən gözəl buxtalarından birinə yazıçının adının verilməsi təşəbbüsünə qarşı çıxıblar.

Gölün ətrafında yaşayan hindu tayfası bildirib ki, yazıçı öz əsərlərində onları təhqir edib – “çəyirtkəyeyən” adlandırıb.

Yerli hakimiyyət orqanları etirazları nəzərə alıb təşəbbüsü geri çeviriblər.

Missuri Universitetinin professorları yazıçının müdafiəsinə qalxaraq bildiriblər ki, onun hindular haqda baxışları yaradıcılığının axır dövrlərində müsbətə doğru dəyişib. Amma gölün ətrafında yaşayan hinduları yola gətirmək mümkün olmayıb.

Mark Twain əsərlərində qaradərililərə münasibətdə humanist mövqe tutsa da, hindu obrazları əsasən mənfidir.

Bununla belə onun əsərlərində, indi Amerikada təhqiramiz ifadə sayılan (yeri gəlmişkən, Azərbaycanda bəzən hətta mətbuatda da işlənən) “zənci” dəfələrlə təkrarlanır.

Məsələn, “Hekleberi Finnin macəraları”nda bu söz 219 dəfə işlədilir.

2010-cu ildə ABŞ-da bir nəşriyyat romanı çap edərkən həmin sözləri “siyasi baxımdan düzgün hala” salmışdı.

Bu da cəmiyyətdə birmənalı qarşılanmamışdı.

Bəziləri həmin dövrdə indi işlədilən “afroamerikalı” sözünün mövcud olmadığını əsas gətirib yazıçıya haqq qazandırmış, nəşriyyatın addımını senzura adlandırmışdı.
XS
SM
MD
LG