Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:34

«Azərbaycana öz öhdəliklərini xatırladın»


Francois Hollande
Francois Hollande
-
«Siz Bakıda olduğunuz zaman, mayın 12-də «Bizim Yol» qəzetinin əməkdaşı, jurnalist Pərviz Həşimliyə hökm oxuyacaq. Hədə-qorxularla üzləşən bir çox jurnalist ölkələrini tərk etmək məcburiyyətində qalır. Lakin hakimiyyətin ölkədən kənarda da onlara əli çatır. Məsələn aprelin 18-də «Zerkalo» qəzetinin əməkdaşı Rauf Mirqədirov Türkiyədən Azərbyacana deportasiya olunub. O, Ermənistana casusluqda ittiham olunaraq həbs edilib».

Jurnalistləri müdafiə təşkilatı - Sərhədsiz Reportyorlar Təşkilatının baş katibi Christophe Deloire mayın 11-də Bakıya rəsmi səfərə gələn Fransa prezidenti Francois Hollande-yə müraciət ünvanlayıb.

Müraciətdə Azərbaycanda media plüralizminin olmamasına, söz azadlığının problemlərinə toxunulur. Telekanlların və radioların bütünlüklə hökumətin nəzarəti altında olduğu, BBC və Azad Avropa Azadlıq radiosu kimi xarici radiostansiyaların 2009-cu ildən yayımının qadağan olunduğu, barmaqla sayılacaq qədər olan müstəqil qəzetlərin isə mövcud olmaq uğrunda mübarizə apardıqları vurğulanır.

Müraciətdə hökuməti tənqid edən jurnalistlərin hədə-qorxu, təhqir, hücum və qarayaxma kimi bütün təzyiq üsullarına məruz qaldığı, şou xarakterli məhkəmə proseslərinin adi hal aldığı bildirilir. Ən azı 10 jurnalistin və bir çox bloqqerin ictimaiyyəti məlumatlandırmaq fəaliyyətlərinə görə həbsdə olduğu göstərilir.

Hollande-dən xahiş olunur ki, fürsətdən istifadə edib azərbaycanlı həmkarı qarşısında bu məsələni qaldırıb həbsdə olan jurnalist və bloqqerlərin azad olunmasını xahiş etsin, Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etməyə hazırlaşan Azərbaycana öz öhdəliklərini xatırlatsın.

«Bakı ilə daha sıx əlaqələrin iqtisadi və strateji üstünlükləri olduğunu yaxşı başa düşürük. Ancaq tərəfdaşlar arasındakı səmimi münasibətlər Azərbaycan Konstitusiyası və beynəlxalq müqavilələrlə təminat altına alınmış əsas azadlıqlara etinasız yanaşa bilməz».

Mayın 11-də Fransa prezidenti Francois Hollande Bakıya gəlir.

Hollandenin Bakıya saat 18:00-a planlaşdırılır. O, Bakı Fransız Litseyinə gedəcək, Azərbaycanda fəaliyyət göstərən Fransa işğüzar dairələrinin nümayəndələri ilə görüşəcək.

Mayın 12-də iki ölkə prezidentinin təkbətək, sonra isə nümayəndə heyətlərinin geniş tərkibdə görüşü olacaq, sənədlər imzalanaq. Fransa-Azərbaycan biznes-forumu keçiriləcək.

Günün ikinci yarsında Hollande Bakıdan Yerevana gedəcək. Regiona turnenin sonunda o, Gürcüstana səfər edəcək.
XS
SM
MD
LG