Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:49

Marquezdən əlyazmanı hansı lider istəyirdi?


Gabriel Garsia Marquez
Gabriel Garsia Marquez
Marquezi dünya necə xatırlayır? Putin Rusiyanı hara aparır? Ukrayna böhranı Azərbaycana hansı çətinliyi və imkanı yaradır? - Qərb mediasının icmalı

***

Dünyanın ən məşhur yazıçılarından olan 87 yaşlı Gabriel Garcia Marquezin ölümü ilə bağlı New York Times yazır ki, Çili şairi Pablo Neruda “Tənhalığın 100 ili" əsəri haqda deyirdi : “bu, “Don Kixot”dan sonra ispan dilində ən möhtəşəm əsərdir”.
Ancaq Marquezin özü müsahibəsində demişdi ki. onun daxilində bu əsərə nifrət yaranmağa başlayır. O qorxurdu ki, yazacağı növbəti əsər “Tənhalığın 100 ili" ilə müqayisədə gözdən düşəcək. Ancaq qəzet yazır ki, o əbəs yerə qorxurdu. Onun növbəti 15 əsəri eyni yüksəkliyə qalxdı.

Marquez "Tənhalığın 100 ili" əsərini, ev işlərindən tamam ayrılaraq, 18 aya yazıb.
Ev qayğıları ilə xanımı Mercedes məşğul olurdu.

Marquez deyirdi: "Əsəri qurataranda xanımım soruşdu ki, doğrudanmı əsəri qurtardın? Bizim 12 min dollar borcumuz yaranıb".

Marquez deyir ki, 1967-ci ildə Buenos Airesdə kitab çap olunandan sonra daha heç vaxt, bir qəpik belə, borc almadılar.

1973-cü ildə Pinochet Çilidə hərbi çevriliş edib, hakimiyyətə gələndə Marquez o qədər qəzəblənmişdi ki, Pinochet hakimiyyətdə qaldıqca, bir daha yazmayacağını deyirdi. Sonralar “Washington Posta” müsahibəsində demişdi ki, Pinochetin hakimiyyətdə 17 il qala biləcəyini ağlına belə gətirmirdi.

Kuba lideri, ifrat solçu Fidel Kastro onun dostu idi.

Kastro Marquezə o qədər yaxın dost idi ki, yeni əsərlərini çap olunmamışdan qabaq əlyazma şəklində ona göstərilməsini xahiş edirdi.

Onun Kastroya, Latın Amerikası solçularına yaxınlığını amerikalılar tənqid edirdi, Marquez 30 il ABŞ-a viza ala bilməyib.
Augusto Pinocheti tabutunda gənclər nasist salamı ilə salamlayırlar
Augusto Pinocheti tabutunda gənclər nasist salamı ilə salamlayırlar

Ancaq Marquez məsələn, Kastro ilə dostluqdan istifadə edib, Kubada insan haqları ilə bağlı vəziyyəti düzəltməyə çalışırdı.

Yaradıcılıq haqda Marquez deyirdi: “Mən təsəvvür etmirəm ki, 10 min il yaşı olan ədəbiyyat barədə heç olmasa təsəvvürü olmayan hekayə yazmaq barədə düşünə bilər”.

Ancaq Marquez əlavə edir ki, “Mən pərəstiş etdiyim müəllifləri heç vaxt təqlid etməyə çalışmırdım.Əksinə çalışırdım ki, təqlid etməyim”.

***
New Yor Times yazır ki, Putinin Qərbdə dostları var.

İtaliyanın Rusiyaya münasibətdə siyasətini enerji şirkəti ENİ yazır. Hətta yeni sol-mərkəzçi hökumətin gəlməyi heç nəyi dəyişmir.

Londonda Rusiya rubllarını “yuyan və pressləyən” maliyyə qurumları var, onlar Putinin imicini parıldatmaqla məşğuldurlar.

Keçmiş Almaniya kansleri Helmut Schmidt hesab edir ki, Avropa Ukraynaya görə belə həddən artıq çalışmamalıdır.

Ancaq qəzet onu da yazır ki, demokratik rəngarənglik Qərbin gücüdür. Çar Vladimir isə Rusiyanı tənəzzülə aparır.

***
Jamestown.org Krım böhranına Azərbaycanın münasibəti barədə yazır ki, Rusiya Krımı anneksiya edəndə Azərbaycanın mövqeyi Qərblə üst-üstə düşdü. Bunun
2 səbəbi var. Azərbaycan başa düşür ki, Ukrayna böhranı Putinin ekspansionizminin nəticəsidir. İkincisi, Ukryanın indi üzləşdiyi 25 il əvvəl Azərbaycanda olub. O vaxt Azərbaycan faktiki olaraq Dağlıq Qarabağı itirdi. Buna görə Azərbaycan prezidenti İlham Əliyev Krımla bağlı bəyan etdi ki, ölkənin ərazi bütövlüyü onun özünün icazəsi olmadan dəyişdirilə bilməz.

Məhz buna görə Azərbaycan heç vaxt Kosovonun da müstəqillyini tanımayacq.

Ukrayna məsələsində Qərbin mövqeyini dəstəkləyən Azərbaycan Dağlıq Qarabağ məsələsinin həllində Qərbdən dəstək gözləyir, ancaq Minsk qrupunun amerikalı həmsədri Warlickin son bəynatalarını Azərbaycanda ermənipərəst yanaşma kimi qəbul edənlər də var.
Şuşa
Şuşa

Hazırda Azərbaycan Qərb tərəfdaşlarından öz təhlükəsizliyinə daha çox dəstək, o cümlədən siyasi dəstək gözləyir. Ancaq yeni geosiyasi dava Azərbaycanı Qərblə Rusiya arasında seçim qarşısında qoya bilər. Bu, Azərbaycanın balanslı xarici siyasəti üçün çox təhlükəlidir. Bu balanslı siyasət, heç kimin tərəfini tutmamaq Azərbaycanın regional siyasətinin əsasıdır. Ona görə hələlik Azərbaycn mümkün olduqca, həm Qərb, həm də Rusiya ilə münasibətləri saxlayacaq.

***

Ukrayna ilə Rusiya arasında qarşıdurma Azərbaycana Avropanın qaz bazarına yeni yol açır. Politico.com yazır: Azərbaycan ümid edir ki, özünün geoisiyasi və coğrafi mövqeyi sayəsində Xəzər dənizi ölkələrindən Avropaya getməli 45 milyard dollarlıq kəmərə Obama hökumətindən dəstək ala biləcək.

Cənub Dəhlizi kəməri həm Rusiyadan, həm Ukraynadan yan keçir. Bu kəmərə həm ABŞ Konqresində, həm də Dövlət departamentinin yüksək vəzifəliləri arasında dəstək var.

Bu çərşənbə Enerji Diplomatiyası Katibinin müavini Amos Hochstein deyib ki, “ABŞ-da, xüsusilə hökumətdə bu layihəyə böyük səy qoyulub.” Ancaq kəmər ən tezi 2018-ci ildə tamamlana bilər. Hochstein bu layihəni ambisiyalı adlandırır.

Ancaq Müdafiə Departamentinin keçmiş müşaviri Michael Rubin deyir ki, “Səhv etməyin. Azərbaycan kəməri Putinə təhlükədir”.
XS
SM
MD
LG