Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:16

Anar Məmmədli ev dustaqlığına buraxılmadı


Anar Məmmədli
Anar Məmmədli
-
Aprelin 1-də Nəsimi Rayon Məhkəməsi Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin ev dustaqlığına buraxılması ilə bağlı vəsatətini təmin etməyib. Bu haqda AzadlıqRadiosuna vəkil Fariz Namazlı məlumat verib.

Vəkil deyir ki, Anar Məmmədlinin həbsdə qalması üçün qanunvericilikdə göstərilən hallar hazırkı işdə mövcud olmadığından vəsatət təmin olunmalı idi:

“İstintaq yekunlaşıb. Hazırda işlə tanışlıq mərhələsi gedir. Anar Məmmədlinin iş üzrə sübutları saxtalaşdırmaq, eləcə də digər şəxslərə təsir etmək ehtimalı yoxdur. Buna görə də onun hazırda həbsdə qalması üçün göstərilən hallar hazırda mövcud deyil. Buna baxmayaraq hakim vəsatəti təmin etmədi”.

Fariz Namazlı məhkəmənin qərarından apelyasiya şikayəti verəcəklərini bildirdi.

Anar Məmmədli ötən ilin dekabrında həbs olunub. O, külli miqdarda mənimsəmə, qanunsuz sahibkarlıq, xeyli miqdarda məcburi vergidən yayınma, seçkinin (referendum) nəticələrinə təsir məqsədi ilə törədilən vəzifə saxtakarlığında ittiham olunur.

Anar Məmmədli bu ittihamları saxta sayır. Müdafiə tərəfi onun həbsinin siyasi sifariş olduğunu bildirir.
XS
SM
MD
LG