Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:23

Anar Məmmədliyə yeni ittihamlar


Anar Məmmədli
Anar Məmmədli
-
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin işi üzrə ibtidai istintaq yekunlaşıb.

Vəkil Fariz Namazlı bildirib ki, Anar Məmmədliyə daha 2 maddə üzrə ittiham irəli sürülüb. İndi o, Cinayət Məcəlləsinin 5 maddəsi üzrə təqsirləndirilir:

-179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə);

- 192.2.2 (qanunsuz sahibkarlıq);

- 213.1 (xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma);

- 308.2 (ağır nəticələrə səbəb olan və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədilən vəzifə səlahiyyətlərindən sui-istifadə);

- 313-cü (vəzifə saxtakarlığı).

Anar Məmmədli bu ittihamları saxta sayır.

O, keçən ilin dekabrında həbs edilib. Müdafiə tərəfi onun həbsinin siyasi sifariş olduğunu bildirir.
XS
SM
MD
LG