Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:41

Hökumət «Sovetski» ilə bağlı yeni plan hazırlayır


Abid Şərifov
Abid Şərifov
-
Hökumət «Sovetski»də yaşayış sahəsi az olanlarla bağlı təkliflər üzərində iş aparır.

Bunu ANS-ə baş nazirin müavini Abid Şərifov deyib:

«Deyirlər ki, 1500 yox, 2500 olsun, heç bu halda da vəziyyət düzəlmir. Hesab edək ki, mənim yaşadığım ev 12 kvadratmetrdir. Mənə versələr 2 min, lap 2500 manat, 20-15 min manata nə almaq olar ki? Qiymətlərin qaldırılması ilə məsələ həll olunmur. Evlərin 25 faizi 8-15 kvadrat metrdirsə, onda qiymət problemi həll etmir. Burda prinsip başqa cür olmalıdır. İndi biz o başqa prinsip üzərində işləyirik. Bunu həll etmək üçün biz inventarizasiya prosesini bitirməliyik».

Abid Şərifov inventarizasiya prosesinin 3-4 ay çəkəcəyini deyib.

«Sovetski»də evlərin sökülməsi ilə əlaqədar mənzil bazarında qiymətlərin süni artırıldığını vurğulayan baş nazirin müavini bunun qarşısının alınması üçün addımlar atılacağını deyib.

O bildirib ki, süni qiymət artımı dayanmasa, ev satanlardan qanunla ödəməli olduqları, amma indiyə qədər ödəmədikləri vergilər tutulacaq.

«Sovetski»də evləri söküləcək sakinlərə hər kvadratmetr üçün 1500 manat veriləcəyi bildirilir. Amma sakinlər təklif olunan bu məbləğlə razılaşmır, onun artırılmasını istəyirlər.
XS
SM
MD
LG