Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:39

AXCP baş qərargahından çıxarılır [Fotolar]


AXCP qərargahı boşaldır
AXCP qərargahı boşaldır
-
Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarov Bakı şəhər icra hakimiyyətinə, Nərimanov rayon icra hakimiyyətinə telefonoqram göndərib. Bildirib ki, Tələt Şıxaliyev ev 8 ünvanında baş vermiş partlayışla bağlı Agentliyin mütəxəssisləri binaya baxış keçirib və akt tərtib ediblər. Cəbrayıl Xanlarovun imzaladığı telefonoqramda deyilir ki, komissiya binada təcili təhlükəsizlik tədbirlərinin görülməsini və həmin binada yaşayan sakinlərin köçürülməsini xahiş edir.

Nərimanov rayon icra hakimiyyətinin başçısı isə martın 4-də binanın sökülməsi ilə bağlı sərəncam verib.

Sərəncamda deyilir ki, martın 4-də yaradılan komissiya göstərilən ünvanda yerləşən 2 mərtəbəli binada baş vermiş partlayış zamanı yükdaşıyan konstruksiyaların müxtəlif dərəcəli texniki təsirə məruz qaldığını və heç bir antiseysmik tələblərə cavab vermədiyini aşkar edib. “Buna görə də binanın istismarı yolverilməzdir”, - sərəncamda deyilir.

Sənəddə o da qeyd olunur ki, binada yaşayan sakinləri mənzillərindəki və qeyri-yaşayış sahələrindəki otaqların ümumi sayı və ölçüsünə uyğun yeni, tam təmirli mənzillə təmin olunanadək kirayə haqları dövlət tərəfindən ödənilsin.

Telefonoqramı və sərəncamın surətlərini AXCP-nin mətbuat xidmətinin rəhbəri Natiq Ədilov öz Facebook səhifəsində yayıb.

*****

AXCP-nin Bakıdakı baş qərargahı boşaldılır. Bu barədə AzadlıqRadiosuna partiyanın sədr müavini Əbülfəz Qurbanlı məlumat verib.

​Onun sözlərinə görə, martın 4-də səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin əməkdaşları qərargaha gəliblər: “Bizdən tələb etdilər ki, binanı boşaldaq. Dedilər ki, bina istifadə üçün yararsızdır, buna görə də söküləcək”.

Əbülfəz Qurbanlı deyir ki, binanın sahibinə onlar xəbər veriblər.

Martın 3-də AXCP qərargahının yerləşdiyi binanın zirzəmisində partlayış baş verib. Əbülfəz Qurbanlı binanın sökülməsi ilə bu partlayış arasında əlaqə olub-olmadığını bilmir. Deyir ki, hazırda partiyanın avadanlığını qablaşdırırlar, amma hara köçəcəkləri barədə hələ qərar yoxdur.



XS
SM
MD
LG