Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:25

Uçan binaya görə iki nəfər həbs olunub


Uçan bina
Uçan bina
-
Yanvarın 25-də Nərimanov rayonu ərazisində sökülməkdə olan beşmərtəbəli binanın uçması nəticəsində iki nəfər ölüb. Faktla bağlı Cinayət Məcəlləsinin 222.3 (Tikinti və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb.

Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata görə, aparılmış istintaqla söküntü işlərini həyata keçirən “Araz-2011A” MMC-nin direktoru Araz Həsənov və həmin işləri icra edən ekskavatorçu Qamət Məmmədovun “Tikinti işlərinin təşkili, aparılması və tikintisi başa çatmış obyektlərin istismara qəbul qaydaları” və “Tikintidə təhlükəsizlik texnikası” norma və qaydalarının tələblərini pozmaları bilinib. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onların barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda Bakı Şəhər Prokurorluğunda iş üzrə istintaq tədbirləri davam etdirilir.
XS
SM
MD
LG