Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:25

Əli Həsənov «Freedom House»u doğru yola çağırır


Əli Həsənov
Əli Həsənov
-
«Biz hər iki təşkilatın subyektiv mülahizələrini qərəzli yanaşma, müxtəlif məqsədlər üçün Azərbaycan hakimiyyətinə və dövlətinə təzyiq kimi dəyərləndiririk».

Prezident Administrasiyasının (PA) şöbə müdiri Əli Həsənov bunu publika.az-a «Freedom House» və HRW təşkilatlarının son hesabatlarını şərh edərkən deyib.

«Son 6-7 ildir ki, «Freedom House» və «Human Rights Watch» təşkilatları subyektiv mülahizələrini Azərbaycanın daxili inkişafı, vətəndaş cəmiyyəti quruculuğu və ictimai-siyasi münasibətləri ilə bağlı real həqiqət kimi təqdim etməyə çalışırlar. Dəfələrlə bu təşkilatların rəhbərlərinə Azərbaycanın rəsmi dairələri, qeyri-hökumət təşkilatları, siyasi partiya və mətbuat nümayəndələri öz etirazlarını bildiriblər. Onları bu qərəzli yanaşmadan əl çəkməyə çağırıblar. Ancaq çox təəssüf edirik ki, həmin təşkilatlar bu siyasətlərini yenə də davam etdirirlər. Bu siyasət təkcə Azərbaycanın imicinə deyil, eyni zamanda həmin təşkilatların öz imiclərinə də ciddi xələl gətirir. Çünki insanlar real Azərbaycanla həmin təşkilatların təqdim etmək istədiyi «Azərbaycan» arasındakı uyğunsuzluğu görəndən sonra onlara olmayan inam daha da itir. Biz indiyədək həmin təşkilatlara rəsmi müraciət ünvanladığımız kimi, yenə də müraciət edib onları doğru yola dəvət edəcəyik».

«Feedom House» təşkilatının yanvarın 23-də yaydığı «Dünyada azadlıqların vəziyyəti haqqında» hesabatında Azərbaycan «qeyri azad» 48 ölkə arasında yer alıb.

HRW-nın hesabatında isə 2013-cü ildə Azərbaycanda toplaşma, söz azadlıqları və iqtisadi durumla bağlı vəziyyətin daha da pisləşdiyi qeyd olunur.
XS
SM
MD
LG