Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:22

Dünyanın ən bahalı şəhəri Bakı yox, Londondur


Britaniya parlamentinin binası (arxiv fotosu)
Britaniya parlamentinin binası (arxiv fotosu)
Britaniya mətbuatı yazır ki, kirayə haqları və nəqliyyat londonlulalrın ciblərini boş qoyur.

Yeni araşdırmaya əsasən London dünyanın ən bahalı şəhərləri olan Nyu York, Sidney və Parisi geridə qoyub.

Londonluların ciblərindəki iki ən böyük deşik – kirayə və ipoteka ödənişləri və həmçinin yol xərcləridir. Məsələn, Britaniya paytaxtında benzinin bir litri 1. 40 funt sterlinqdir (2.30 dollar), halbuki Los Anceles üçün bu rəqəm 62 pensdir (1.02 dollar).

London sakinləri hər ay orta hesabla kirayə haqqı üçün 2500 funt sterlinq (4106 dollar) ödəyirlərsə, Yeni Zelandiyanın Velinqton şəhərində bu rəqəm yarıbayarı azdır – ayda 950 funt və ya 1560 dollardır.

Bununla belə, İPPR North Araşdırma Mərkəzinin məlumatına əsasən Britaniyada fərdi qaydada kirayə olunan bir milyon ev və mənzil təhlükəsizlik, istilik və təmir qaydalarının təməl standartlarına cavab vermir.

Bahalı əyləncə

Londonda əyləncə də, necə deyərlər, bahalı əyləncədir. Londonlular iki nəfər üçün kinoteatr biletini 22 funta (36 dollar) alırlarsa, bu əyləncə Sidneydə 14 funta (23 dollar), Sinqapurda isə 10 funtadır (16.43 dollar).

Bir fincan qəhvənin qiyməti Londonda Romadakından 60 faiz bahadır. İtaliya paytaxtında bir fincan qəhvə 1 funt sterlinqdir (1.64 dollar).

London fərdi texnoloji-elektron vasitə və cihazların qiymətlərinə görə təkcə Tokiodan geridə qalır, lakin Nyu Yorkdan irəlilədədir.

Nyu Yorkda 16 GB iPod Nano 92 funtadır (151.13 dollar). Londonda eyni məhsulu 130 funta (213 dollar) almaq olar.

Ən ucuz şəhərlər

Haqqında söhbət gedən bu hesabatı dünyanın müxtəlif yerlərində yaşayış xərclərini müqayisə edən “Expatistan.com” internet saytı hazırlayıb.

Hesabat dünya boyunca 1600 şəhəri təmsil edən 200 min istifadəçidən alınmış məlumat əsasında tərtib edilib.

Araşdırmanın nəticələrinə görə bahalıqda Londondan sonra Norveç paytaxtı Oslo və İsveçrənin Cenevrə şəhərləri gəlir.

Ən ucuz şəhərlər isə Hindistanın Kəlküttə və Venesuelanın Karakas şəhərləridir.
XS
SM
MD
LG