Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:40

Səttar Mehbalıyev: "Axı mən nə etmişəm?"


Səttar Mehbalıyev
Səttar Mehbalıyev
-
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev özünü yandıran Qarabağ əlili Zaur Həsənovun vəfatında günahkar sayılmasına münasibət bildirib.

O, "Publika.az"a açıqlamasında deyib:

"Axı mən nə etmişəm? Mən 20 ildir şəhid ailələrinə kömək edirəm. Onların hamısı mənim üçün əzizdir. Zaur Həsənovun ailəsinə dövlət yardım edəcək, uşaqlarının hər birinə aylıq 300 manat pul veriləcək. Ailəsinin hər bir problemi də həll ediləcək. Həyat yoldaşı və uşaqları işlə təmin olunacaq. 100 min manat isə birdəfəlik yardım verilib. Axı bundan artıq nə olmalıdır?

İndi bu məsələdə kimlərsə məni günahkar sayır. Ancaq mən nə üçün günahkar olmalıyam? Məgər mən məhkəməyəm? Məhkəmənin qərarı olub. Axı bu məsələdə mənim nə günahım olmalıdır?"

Zaur Həsənov dekabrın 25-də Həmkarlar İttifaqları Konfederasiyasının binası önündə üstünə benzin tökərək özünü yandırıb. O, 1995-ci ildən bəri Bibiheybətdə işlətdiyi kafenin Həmkarlar İttifaqları Konfederasiyasının iddiası ilə sökülməsinə etiraz edib.
Zaur Həsənov dekabrın 28-də Bakıdakı 5 saylı xəstəxanada dünyasını dəyişib.
XS
SM
MD
LG