Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:37

Kimdir əsl yazıçı?


Azad Qaradərəli
Azad Qaradərəli
-

Nigar xanım Şərifi elə küncə qısnamışdı ki... Şərifin belə abır-həya nümayiş etdirməsinə düzü mat qalmışdım...


Azad Qaradərəli


KİMDİR ƏSL YAZIÇI?


Yazıçıya qiyməti kim verməlidir? Yaxud yazıçıya, onun əsərinə qiymət nə ilə ifadə olunmalıdır?

Bunun meyarı nədir?

Admı? Tərifmi? Pul-paramı?

Nizamiyə şah kənd bağışlamışdı, bu yaxınlarda jurnalistlər axtarıb o kəndin yerini də tapdılar. Firdovsinin başına gələnləri hamı bilir. Füzuli də doqquz axçasını hələ indi də ala bilməyib. Sonra da qəzəblənərək yazmışdı:”Salam verdim, rüşvət deyildir deyə, almadılar.”

Sartr əqidəsi yolunda Nobeldən imtina edib, Pasternak isə imtina etməyə vadar edilib.
Yanında ad-filan da olsa, çəkdiyim misalların hamısında maddiyyat öndədir. Demək, yazıçının əsərinə verilən bütün qiymətlərin məğzində maddiyyat dayanır. Yəni yaxşı əsərdir deyib, onu təbliğ edir və bir növ piarını yaradır, satdırırlar. Satanlar həm özləri qazanırlar, həm də yazıçıya faiz verir, bir növ onların əməyini qiymətləndirirlər.

Bu yazıçının yazdığı pornoqrafiya da ola bilər, dedektiv də, ciddi ədəbiyyat da. Nə yazıqlar ki, dünyanın heç bir yerində ciddi ədəbiyyat öncə adını çəkdiklərimi üstələyə bilməyib. Əvəzində heç bir xarici ölkədə naşir ciddi ədəbiyyatı yaradan yazıçıya demir ki, sən də pornoqrafiya, dedektiv yaz, sənin də əsərini satım, gəlir götürəsən.

Bu ona bənzəyər ki, hansısa yerindən duran kitabsatan Sartra deyir ki, sən də Koelo kimi yaz, sənin də əsərlərin milyonlar gətirsin. Mən sənin kitablarını yalnız o zaman mağazama götürə bilərəm... Yox və yenə də yox. Bunu heç Kot-divarda da eləməz özünə hörmət qoyan. Amma bizdə...

Düzün deyim ki, ürəyim ağrıdı Şərifnən Nigar Köçərlinin dartışmasına.

Nigar xanım Şərifi elə küncə qısnamışdı ki... Şərifin belə abır-həya nümayiş etdirməsinə düzü mat qalmışdım. Və handan-hana anladım: belə incə bir xanımın qabağında durub kobudluq etməyəcəksən ki... Amma vallah xaricdə sənin xanım olduğunu, incə-mincə olduğunu heç nəzərə almazdılar. 19-cu əsrdə isə belə şeyin üstə adamı duelə çağırardılar. (Kişiləri, təbii ki) Yenə bizdə deyil, xaricdə... Bəs bizdə?..
XS
SM
MD
LG