Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:46

ABŞ səfiri: «YAP-ın kimi namizəd seçməsi partiyanın öz işidir»


ABŞ səfiri: «YAP-ın kimi namizəd seçməsi partiyanın öz işidir»
Gözlə

No media source currently available

0:00 0:01:53 0:00
-
«ABŞ Dövlət katibi John Kerry Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlıdır. O, hər iki tərəflə diplomatik münasibətlər qurur. Ötən həftə həm Azərbaycan, həm də Ermənistan xarici işlər nazirləri ilə görüşüb. John Kerry ümid edir ki, bu münaqişə tezliklə həll olunacaq».

Bunu iyunun 8-də jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfəri Richard Morningstar deyib.

O, iyunun 12-də Azərbaycan və Ermənistan prezidentlərinin gözlənilən görüşünün təxirə salınmasının səbəbini bilməsə də, yaxın zamanlarda prezidentlərinin görüşəcəyinə ümid etdiyini söyləyib:

«Görüşün təxirə salınmasının səbəblərini yaxşı olar ki, tərəflərin özündən soruşasınız. Amma ümid edirəm ki, prezidentlərin yaxın zamanlarda görüşü baş tutacaq».

2013-cü ildə Yeni Azərbaycan Partiyasından prezidentliyə 3-cü dəfə İlham Əliyevin namizədliyinin irəli sürülməsi barədə sualı cavablayan səfir bildirib ki, əsas məsələ demokratik və ədalətli seçkilərin keçirilməsidir:

«Prezident seçkilərinə kimin namizədliyinin irəli sürülməsi partiyaların öz işidir. O, cümlədən də YAP-ın. Sadəcə olaraq, mən ümid edirəm ki, bəzi ölkələrdə olduğu kimi Azərbaycanda azad və ədalətli seçkilər olacaq. İnsanlar istədikləri şəxsi özləri seçə biləcəklər».

İyunun 7-də həm də Demokratik Qüvvələrin Milli Şurası təsis olunub. Richard Morningstar bildirib ki, Milli Şuranın gələcək fəaliyyətini izləmək onlar üçün maraqlı olar:

«Milli Şura haqda xüsusi fikirlərim yoxdur. Bu, həmin Şurada təmsil olunanların maraqlarında olan bir məsələdir. Amma Milli Şuranın gələcək fəaliyyətini, proseslərin necə inkişaf edəcəyini izləmək çox maraqlıdır».
XS
SM
MD
LG