Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 04:45

İlham Əliyev Masazırda olub


Arxiv foto
Arxiv foto
-
Abşeron rayonunun Masazır qəsəbəsində 760 məcburi köçkün ailəsi üçün salınmış məhəllə istifadəyə verilib. Açılış mərasimində prezident İlham Əliyev də iştirak edib. Bu haqda məlumat president.az saytında yerləşdirilib.
Bu məhəllə qaçqın və məcburi köçkünlər üçün salınmış sayca 78-ci yaşayış məntəqədir.

Bunu baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib. Onun sözlərinə görə, yeni salınmış məhəlləyə Azərbaycan Dövlət Neft Akademiyasının tələbə şəhərciyində müvəqqəti məskunlaşmış 760 ailə və ya 3420 məcburi köçkün köçürüləcək. Məcburi köçkünlərdən 460-ı Zəngilan, 66-sı Ağdam, 52-si Cəbrayıl, 40-ı Füzuli, 142-si isə Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xocavənd, Xocalı rayonlarındandır.
Bakı - Sumqayıt yolu (1 aprel 2013)
Bakı - Sumqayıt yolu (1 aprel 2013)
Məlumatda deyilir ki, məhəllə 12 hektar sahəni əhatə edir. 760 evdən 90-ı birotaqlı, 490-ı ikiotaqlı, 170-i üçotaqlı, 10-u dördotaqlıdır. Məhəllədə 540 yerlik məktəb, 280 yerlik uşaq bağçası, klub-icma mərkəzi, tibb məntəqəsi və s. tikilib.
Məhəllənin inşasına ötən ilin aprelində başlanıb, bu ilin martında başa çatdırılıb.

İlham Əliyevin Masazıra səfərinə görə Bakı- Sumqayıt yolu 1 saatdan çox bağlı qalıb.
XS
SM
MD
LG