Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 04:47

Bərdədə futbolçuların soyunub-geyinmə yerində yaşayan köçkünlər....


Zirzəmi dedikləri yer-stadionun oturacaqlarının altında, idmançıların geyinib-soyunması məqsədilə tikilib
Zirzəmi dedikləri yer-stadionun oturacaqlarının altında, idmançıların geyinib-soyunması məqsədilə tikilib
-
«Qışda soyuq olur, yayda isti. Mən çox qırğın görmüşəm. 4 nəfərim ölüb. Özüm də pis gündə yaşayıram. İstəyirik ki, nəfəsimiz varkən rahat yaşayaq».

Kəlbəcərdən məcburi köçkün düşən Zibeydə xaladan yaşını soruşuram. Deyir ya 60-dır, ya 70. Müharibə yaddaşına elə təsir edib ki, neçə yaşının olduğunu da unutdurub. Üzündəki qırışların sayı isə bəlkə də 100-ü keçib.

Bərdənin Mərkəzi Stadionunun yaşıl otları üstündə futbol oyunları, «zirzəmi» deyilən yerində isə onlarla həyat hekayələri yaşanır. Burada dərd-sərdən yaşını unudan insanlar, nəmişlikdən sağlamlığını itirən körpələr, soyuqdan bütün qışı yorğana bükülən qocalar, qaranlıqda evinin qapısını əli ilə axtaran insanlar var.

«ÖZ OYUNLARIDIR OYNAYIRLAR, TORPAQ ALMIRLAR»

21 ildir ailəsi ilə 1 otağa sığınan 2-ci qrup əlil Adil Məmmədov deyir ki, torpaqlarına qayıtmaq ümidləri günbəgün azalır. Tək istəkləri qalan ömrünü rahat evdə yaşaya bilməkdir:

«Biz arzu edirdik ki, öz torpaqlarımıza qayıdaq. Alınmır, ümidimiz azalıb. Görünür ki, yubadırlar, öz oyunlarıdır oynayırlar, torpaq almırlar. Aşağı təbəqə yuxarı təbəqənin vecinə deyil. Altı beton, üstü beton. Bizə baxan, gəlib heç maraqlanan yoxdur ki, harada, necə yaşayırsınız? Eşidirik ki, qaçqınlara ev verirlər, amma 21 ildə bizə bunu deyən yoxdur. Deyirlər guya verəcəklər, ona da kimin ömrü çata kiminki yox?
Adil Məmmədov
Adil Məmmədov
Ya da aparıb yığacaqlar hündürmərtəbəli binalara, qoca adamlar kibrit qutusunda necə yaşayacaqlar? Bəzilərimiz 120-130 manat pensiya alırıq, iş yoxdur. O pul heç dərmanımıza çatmır. 5 ay ərzində hər ay 40 litr neft verirlər. Evlər heç isinmir. Qənşərimiz isinir, arxamızı soyuq aparır. Peç qurmuşuq, qaz çəkmirlər, yoxdur qaz. Adam kimi yaşamaq istəyirik».

«ÇİMMƏK YERİMİZ DƏ BURADIR, YEMƏK BİŞİRMƏK YERİMİZ DƏ»

Zirzəmi dedikləri yer-stadionun oturacaqlarının altında, idmançıların geyinib-soyunması məqsədilə tikilib. Bu səbəbdən həmin yerə gün şüası düşmür. Döşəmə də tavan da betondur. İçəri girəndə nəm, kif iyi duyulur:

«Bura guya bizim mətbəximizdir. Çimmək yerimiz də buradır, yemək bişirmək yerimiz də. Paltar dəyişdiyimiz, yuyunduğumuz yerdə yemək bişir. İnsana layiq olmayan yerdə yaşayırıq».

«Zirzəmi» dedikləri bu yerdə 23 ailə, təxminən 150 sakin yaşayır. Zeynəb Məmmədov deyir ki, 1 ay əvvəl futbol oyunu zamanı beton az qala nəvəsinin üstünə tökülüb.
Hansı otağa baxsan, tavanına karton, sellofan örtüklər çəkiblər
Hansı otağa baxsan, tavanına karton, sellofan örtüklər çəkiblər
Odur ki, hansı otağa baxsan, tavanına karton, sellofan örtüklər çəkiblər. Bu, həm də yağışdan qorunmaq üçündür:

«Yuxarılara bunları vurmuşuq, yenə də damır. Bir ev verib bizi bir tərəfə yığmadılar. Bu uşağı dünən həkimə aparmışam. Hamı xəstədir, bu betonun xəstəsidir. İşıq keçəndə, elə bil, «türmə»dir. Gün düşmür. Stadionun geyinib soyunma yeridir. O tərəf bu tərəfə qaçırlar, oyundur da, kimə nə deyək, torpaq başımıza tökülür. Axırda əlacımız kəsildi, sellofan vurduq. Yediyim yeməyə tökülməsin. Oradan torpaq - lay sement töküldü. 1 saniyədə götürməsəydik, uşaq ölmüşdü. Futbol oynayırdılar».

«YER BETON, GÖY BETON»

Xocalı köçkünü Arzu isə deyir ki, onların çoxu revmatizmdən əziyyət çəkir:

«Yer beton, göy beton. Qazımız yoxdur. Yağış yağanda, evlərə qab-qacaq düzürük. Ev nəmişlikdir. Cəmi 1 otaqdır, bir də bunu mətbəx kimi eləmişik ki, uşaqlar yekədir, gecəni orda yatsınlar. İstəyərik bizə də ev versinlər, adam kimi yaşayaq. Xocalıdan çətinliklə çıxmışıq.
Burada yanacaq olmadığından qadınlar xəmir yoğurub təndirə çörək bişirirlər
Burada yanacaq olmadığından qadınlar xəmir yoğurub təndirə çörək bişirirlər
O vaxtdan da belə zülm çəkirik. Nə hamam var, nə isti su var, nə də qaz var».

Burada yanacaq olmadığından qadınlar xəmir yoğurub təndirə çörək bişirirlər. Ağdam köçkünü Dilquşa Cəfərova deyir ki, təndir üçün lazım olan çırpıları belə odun bazarından alırlar. Soyuqdan qorunmaq üçün hər kəs pəncərəsinin qarşısına cərgə ilə odun yığıb:

«Odunun cərgəsi 200 manatdır. Qışda elə olur heç yorğandan çıxmırıq. Bükülüb bütün gün yatırıq».

KÖÇKÜNLƏR ÜÇÜN 5 MƏRTƏBƏLİ 15 BİNA İNŞA EDİLİR. AMMA...

Qaçqınlarla İş Üzrə Dövlət Komitəsinin Bərdə rayon üzrə nümayəndəsi Sərdar Zeynalov deyir ki, rayonda hazırda məcburi köçkünlər üçün beşmərtəbəli 15 bina inşa edilir. Ancaq bu, orta məktəblərdə məskunlaşmış köçkünlər üçün nəzərdə tutulub. Stadion zirzəmisində yaşayanların isə nə vaxt köçürülməsi barədə dəqiq plan yoxdur.

Sərdar Zeynalov əlavə edir ki, həmin yer rütubətli olduğundan insanların yaşayışı acınacaqlıdır.
Altı daş, üstü də beton
Altı daş, üstü də beton
Bununla belə, ora mavi yanacaq çəkilişinin mümkünsüz olduğunu vurğulayır.

«DEYİRƏM Kİ, PREZİDENTƏ ÇATDIRASINIZ»

Bərdə stadionunda məskunlaşan köçkünlər çarəsizlikdən üzlərini prezidentə tuturlar:

- «Ağdam köçkünüyəm. Adım Allahverdidir. Deyirəm ki, prezidentə çatdırasınız. Böyrəklərim xəstədir, 4 dəfə əməliyyat olmuşam. Bura yaşayış yeri deyil».

- «Bura insan yaşayışına yaramır. Altı daş, üstü də beton. Xahiş edirik bizi köçürsünlər, yaşayaq».
XS
SM
MD
LG