Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:47

Müəlliflik hüquqları ilə bağlı inzibati xətalar və onların cərimələri



-



"İnzibati Xətalar Məcəlləsi"ndən çıxarış.

Məcəlləni tam şəkildə buradan endir.
Bu sənəddə 2013-cü ilin yanvarına qədər olan düzəlişlər əksini tapıb. Bu tarixdən sonra edilmiş düzəlişlərlə birlikdə Məcəllənin yenilənmş mətnini Ədliyyə Nazirliyinin bu saytından əldə edə bilərsən.




Maddə 50. Müəlliflik hüququnun və əlaqəli hüquqların pozulması
Müəlliflik hüququnu və əlaqəli hüquqları pozmağa görə, bu az miqdarda ziyan vurduqda —
pirat nüsxələr, həmçinin pirat nüsxələrin surətinin çıxarılması (istehsalı) üçün istifadə edilmiş material və avadanlıqlar müsadirə edilməklə on beş manatdan qırx manatadək miqdarda cərimə edilir.
Qeyd: Bu Məcəllənin 50, 50-1, 50-2-ci və 50-3-cü maddələrində «az miqdarda ziyan vurduqda» dedikdə, min manatadək olan məbləğ başa düşülür



Maddə 50-1. İnteqral sxem topologiyasından istifadəyə müstəsna hüququn pozulması
Müəllifin və ya digər hüquq sahibinin icazəsi olmadan inteqral sxem topologiyasının orijinal olmayan hissəsinin çıxarılması istisna olmaqla, bütövlükdə, yaxud onun hər hansı bir hissəsinin inteqral sxemə daxil edilməsi yolu ilə və ya surətinin başqa şəkildə çıxarılması, habelə topologiyanın və ya həmin topologiyadan ibarət inteqral sxemin tətbiq edilməsi, gətirilməsi, satış üçün təklif edilməsi, satılması, yaxud başqa formada təsərrüfat dövriyyəsinə daxil edilməsinə görə, bu, az miqdarda ziyan vurduqda —
iyirmi manatdan qırx manatadək miqdarda cərimə edilir


Maddə 50-2. Folklor nümunələrindən istifadə tələblərinin pozulması
Folklor nümunələrindən istifadə tələblərinin pozulmasına görə, bu, az miqdarda ziyan vurduqda —
folklor nümunələrinin istifadəsinə qoyulan tələblərin pozulması ilə istehsal olunmuş və ya yayılmış folklor obyekti nüsxələri (pirat nüsxələr) müsadirə edilməklə fiziki şəxslər on beş manatdan iyirmi beş manatadək miqdarda, vəzifəli şəxslər otuz manatdan əlli manatadək miqdarda, hüquqi şəxslər yüz manatdan yüz əlli manatadək miqdarda cərimə edilir


Maddə 50-3. Məlumat toplularından qeyri-qanuni istifadə edilməsi
Məlumat toplularından qeyri-qanuni istifadə edilməsinə görə, bu az miqdarda ziyan vurduqda —
məlumat toplusunun pirat nüsxələri, həmçinin pirat nüsxələrin surətçıxarılması üçün istifadə edilmiş material və avadanlıqlar, eləcə də hüquq pozuntularına səbəb olan digər alətlər müsadirə edilməklə, fiziki şəxslər on beş manatdan iyirmi beş manatadək miqdarda, vəzifəli şəxslər otuz manatdan əlli manatadək miqdarda, hüquqi şəxslər yüz manatdan yüz əlli manatadək miqdarda cərimə edilir.
XS
SM
MD
LG