Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:46

"Aqşin, özünü nə hesab eləyirsən? Pul bölüşdürülüb nə deməkdir?"


Səlim Babullaoğlu
Səlim Babullaoğlu
-

"Ümumiyyətlə isə hər kəs öz imzasına, öz səsinə və öz hərəkətinə cavabdehdir. Kobud və təhqiramiz ümumiləşdirmələr aparmayın. Eyni şeyi çox asanlıqla hamı hamıya qarşıya edə bilər. Bir az yekəxana, bir az da ədalətsiz olmaq bəs edər".


AYB Ədəbiyyat Müsabiqəsinin münsifi Səlim Babullaoğlunun Kulis.Az internet jurnalına göndərdiyi məktub:

"2-3 gün əvvəl səhər dostlardan biri mesaj yazdı ki, Kamal Abdulla Müsabiqənin komissiya sədrliyindən imtina edib. Kulisdə oxudum bəyanatı. Düzü, çox pis oldum.

Çünki, ötən il noyabrın 15-da (tarix anamın vəfatının bir ili idi deyə yadımda qalıb) Kamal müəllim mənə zəng edib dedi ki, istəyirəm sən də jüri üzvü olasan, səni təklif elədim. Demək istəyirdim ki, təklif elədinizsə, olaram, sözüm yarımçıq kəsildi. -Bəlkə, müəllif kimi qoşulmaq istəyirsən müsabiqəyə? – sonra da zarafatla əlavə elədi, - istəyirsən, sənə Qran-pri verək... Qran-prini xüsusi ləzzətlə dedi, bir az da ironiya ilə. Mən də gülə-gülə dedim ki, ay Kamal müəllim, mənim mükafat verən vaxtımdı. Gülüşdük və razılaşdıq. Kamal müəllimin rəhbərliyi ilə 3 komissiya iclası maraqlı və polemik şəraitdə keçdi. Elə belə də olmalıydı. Üstəgəl, qonaqpərvərliklə. Sonra dediyim kimi məlum bəyanatı oxudum. Komissiya rəhbərliyindən işinin çox olduğu səbəbindən imtina elədiyini deyirdi. Müsabiqəyə qədər də Kamal müəllim həm BSU-nun rektoru, həm də AMEA-nın akademik katibi idi. İndi də elədir. Yazıçı kimi məşğulluğu və məhsuldarlığı da ki eyni qədər stabildir. Odur ki, inandırıcı gəlmədi səbəblər. Özünə zəng elədim. Bəyanatdakı arqumentlərini təkrar elədi.

Sonra şeirlərinin bir xeylisini çox sevdiyim Aqşinin bəyanatını oxudum. Sonra dostumuz, istedadlı nasir Zakir Sadatlnın.

Düzü, heç xoşuma gəlmədi bəyanatlardakı mətləblər. Aqşin yazır ki, bilmirdim müsabiqəni AYB-nin keçirdiyini. Məncə o, doğru danışmır. Əminəm buna. Üstəgəl, mentor tövrü ilə imzasının namusunun qorumasından danışır. Yadıma “Axırıncı aşırım” filmi düşür. Kərbəlayi namusdan danışır. Şadlinski isə təxminən, "yox, namus bircə sizdədir",- deyir. Öz həmkarlarına bu cür saymazyana və yekəxana münasibət yaramaz. Bu nə deməkdir? Özünü nə hesab eləyirsən? Pul bölüşdürülüb nə deməkdir?
Aqşin Yenisey
Aqşin Yenisey
Ayıb deyil? Müsabiqədə kifayət qədər adamlar var ki, öz adlarını öz qələmləri ilə qazanıblar. Xatırlatmağa məcburam, Aqşin, 10 il əvvəl ilk kitabın çıxmışdı, kitabının nəşrindən isə, aşağı-yuxarı 2-3 ay ötmüşdü. Şənbə günü idi. Mənə zəng elədin, “Araz” kafesində görüşdük. Həmin gün “Ədəbi Azadlıq”da sənin kitabın haqda kiçik resenziyam dərc olunmuşdu. Sonradan, “Ədəbi Azadlıq”ın “Qalereya” mükafatını aldın şeirlərinə görə. Bax, həmin şənbə günü, sən Aqşin, mən Səlimə dedin ki, bu aylar ərzində kitabım haqda hamı susdu, amma sən fikir dedin, yazdın. Təşəkkür elədin.

İndi nə dəyişib? Nə deməkdir ədəbiyyatın “əxlaqsızlıq yuvası”? Bir az içindəki havanı azalt, Aqşin. Əxlaqsız hər yerdə əxlaqsızdı. AYB-də, BSU-da, evdə də, çöldə də, qatarda...

Zakir Sadatlını da başa düşmədim. Ümumiyyətlə, qəribədir, Aqşin sonuncu səsvermədə ən çox səs toplayan 2 adamdan biri olmuşdu və bu səsləri ona etibar eləmədiyi həmkarları vermişdi. Elə Zakir Sadatlı da çox səs yığanların sırasındaydı.

Nəsə, bir az tələsirsiz və küyə gedirsiz.

Ümumiyyətlə isə hər kəs öz imzasına, öz səsinə və öz hərəkətinə cavabdehdir. Kobud və təhqiramiz ümumiləşdirmələr aparmayın. Eyni şeyi çox asanlıqla hamı hamıya qarşıya edə bilər. Bir az yekəxana, bir az da ədalətsiz olmaq bəs edər".
XS
SM
MD
LG