Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:27

«Maskalı bir nəfər otağa girdi»


Naxçıvan sakini Əşrəf Həsənov üzləşdiyi təzyiqlərdən danışdı
Gözlə

No media source currently available

0:00 0:01:01 0:00

Naxçıvan sakini Əşrəf Həsənov üzləşdiyi təzyiqlərdən danışdı

-
Naxçıvan sakini Əşrəf Həsənov AzadlıqRadiosuna verdiyi müsahibələrə görə təhdidlərlə üzləşdiyini deyir.

Bu fikirləri o, Bakıda, RATİ-nin ofisində keçirdiyi mətbuat konfransında səsləndirib.

Nehrəm kənd sakini Əşrəf Həsənov müsahibələrinə görə bir neçə dəfə Naxçıvan MR MTN-nin Babək rayon şöbəsinə aparıldığını deyir:

«Birinci dəfə ötən il dekabrın 22-də yolda naməlum şəxslər oğurlayıb həmin şöbəyə apardılar. Nehrəmdə yolda gedərkən tanımadığım bir maşına oturmağa dəvət elədilər. Onların kimliyini soruşanda, məni zorla maşına basdılar. Gətirdilər MTN-in Babək rayon şöbəsinin rəisi Məhəmməd Sultanovun yanına. Yolboyu mənə psixoloji təzyiq göstərir, kiməsə zəng vurub deyirdilər ki, «işgəncə otağını hazırlayın, gətiririk». Məni saldılar darısqal bir otağa. Məhəmməd Sultanov üstümə qışqıraraq AzadlıqRadiosunun əməkdaşı Yafəz Əkrəmoğlu ilə bütün əlaqələri kəsməyi, radioya müsahibələrimi dayandırmağı tələb etdi. Deyirdi ki, Yafəz vətən xainidir, Amerikanın agentidir. AzadlıqRadiosu da Amerikanın vasitəsilə Azərbaycanda təxribatlar hazırlayır».

«MASKALI BİR NƏFƏR OTAĞA GİRDİ VƏ BOYNUMU BURMAĞA BAŞLADI»

Əşrəf Həsənovun söylədiyinə görə, şöbədə saxlandığı 5 saat boyunca ona AzadlıqRadiosundan Naxçıvana gələn zənglərin hamısının dinləndiyini də deyərək, AzadlıqRadiosu və onun əməkdaşlarına qarşı ifadə almağa çalışıblar:

«Mən razı olmayanda maskalı bir nəfər otağa girdi və boynumu buraraq fiziki təzyiqlər göstərməyə başladı. Məndən istəyirdi ki, Məhəmməd Soltanovun dediklərinə əməl edim».

«İSTƏDİKLƏRİ İFADƏNİ ALMAQ ÜÇÜN MƏNƏ PUL, İŞ, MAAŞ TƏKLİF ETDİLƏR»

Ona düşünmək üçün bir neçə gün vaxt da veriblər:

«3 gün sonra MTN-in yerli şöbəsinin adını unutduğum müavini mənə zəng eləyib çağırdı. Mən çağırış vərəqəsi istəyəndə üstümə qışqırdı. Məcbur olub özüm getdim. Bu dəfə dedilər ki, Yafəz sənə inanır zəng elə, bizim adamların nömrəsini ver, de ki Nehrəm məktəbi haqda müsahibə vermək istəyirlər, o həmin adamlarla danışsın, bizim planımız var. Həm buna görə, həm də dedikləri ifadəni almaq üçün mənə pul, iş, maaş təklif elədilər. Razılaşmadım, mənə hədə-qorxu gəlməyə başladılar. Dedilər ki, səni də işadamı Məmməd Qurbanov, Zeynal Bağırzadə kimi həbs edər, sənə işgəncələr verərik. Məni ailəmlə də təhdid elədilər. Yenə 5-6 saat sonra buraxdılar. Dedilər get, fikirləş».

«QORXDUĞUMDAN YIĞINCAĞA DA GETMƏDİM»

Əşrəf Həsənov deyir ki, sonuncu dəfə MTN əməkdaşları onunla dekabrın 29-da, kəndin kənarında, dövlət nömrə nişanı olmayan minik avtomobilində danışıq aparıblar. Bu dəfə ona İctimai Palatanın dekabrın 30-da Naxçıvanda keçiriləcək yığıncağına qatılmamaq və AXCP Naxçıvan şöbəsinin sədri Yaşar Bağırsoyla əlaqə saxlamamaq tapşırılıb:

«Həyətyanı sahəmdə idim. Nömrəsiz maşın gəldi, məni mindirdilər maşına. Yenə təzyiq göstərməyə başladılar. Deyirdilər ki, sənə etdiyimiz təklif heç yerdə səslənməməlidir. Dedilər ki, İP-nin yığıncağına getmə, Yaşar Bağırsoyla görüşmə. Ondan yararlanıb məsələni ictimailəşdirməyimdən qorxurdular. Yenə mənə vaxt verdilər ki, onların dediklərini yerinə yetirim. Qorxduğumdan yığıncağa da getmədim».

«SƏN KİMSƏN Kİ, MTN İŞÇİSİNƏ ZƏNG EDİRSƏN?»

Nehrəm sakini deyir ki, təqiblərdən yaxa qurtarmaq üçün bir neçə gün öncə Naxçıvanı tərk edərək Bakıya gəlib.

Naxçıvan MR MTN Babək rayon şöbəsinin kimliyini açıqlamayan, ancaq şöbə rəisinin müavini olduğunu təsdiqləyən şəxs deyilənləri təkzib etdi:

«Sən kimsən ki, mən sənə məlumat verim? Əşrəf Həsənov qələt eləyir. Sən kimsən ki, MTN işçisinə zəng edirsən? Sənin başına oyun açaram».
XS
SM
MD
LG