Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:39

Naxçıvanda jurnalistlər yenidən hədələndiklərini deyirlər


Elman Abbasov
Elman Abbasov
-
Jurnalistlər – Elman Abbasovİlqar Nəsibov Naxçıvanda naməlum şəxsin hücumuna məruz qaldıqlarını bildiriblər.

Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun muxtar respublika üzrə əməkdaşı Elman Abbasov deyir ki, dekabrın 19 dekabrda Naxçıvan şəhərindəki Mərkəzi Poçta daxil olmaq istəyərkən, özünü tanıtmayan bir şəxs onu saxlayıb:

«Saat 12 olardı. Başında qara papaq, üzü tüklü, 25-27 yaşlarında bir şəxs idi. Qolumdan tutub dartmağa başladı. Özünü həbsdə olan işadamı Məmməd Qurbanova guya ürəyi yanan biri kimi göstərməyə çalışırdı. Mənə dedi ki, «Məmməd Qurbanovun və Nadir Məmmədovun «torba»sını siz jurnalistlər tikibsiniz, buna görə cavab verməli olacaqsınız». Hiss elədim ki, məni təxribata çəkmək istəyir. Onun əlindən çıxıb poçtun içərisinə girdim. Daha sonra zəng elədim dostlarıma, gəldilər yanıma, poçtdan bir yerdə çıxdıq. Hesab edirəm ki, bu, Naxçıvandakı hüquq – mühafizə orqanlarının yerli jurnalistlərə qarşı hazırladığı yeni təxribatdır».

«Turan»ın əməkdaşı İlqar Nəsibov həmin hadisədən 1-2 saat sonra bir naməlum şəxsin ona da hücum etmək istədiyini bildirib:

«Elman Abbasov Resurs Mərkəzinə gəlib, başına gələnləri danışdı. Sonra bir yerdə ofisdən çıxdıq. Naxçıvan şəhərindəki «Gənclik» Ticarət Mərkəzinin yanında Elmandan aralandım. Mən evə tərəf gedirdim. Birdən qarapapaqlı, saqqallı cavan bir adam yaxınlaşıb Elman Abbasova dediyi sözləri mənə də söylədi, hədə-qorxu gəldi, qolumdan dartmağa başladı. Mən onun əlindən çıxa bildim. Bir gündə mənə və digər jurnalist Elman Abbasova qarşı eyni təxribatın baş verməsi bizə qarşı planlı hücumlardan xəbər verir».

Jurnalistlər qarşılaşdıqları hadisə ilə əlaqədar hüquq-mühafizə orqanlarına üz tutacaqlarını da sözlərinə əlavə etdilər.

Hər iki jurnalist ehtimal edir ki, hədələrə səbəb dekabrın 8-də Sədərək Gömrüyündə sahibkar Məmməd Qurbanov və gömrük işçiləri arasında baş verən hadisəni işıqlandırmaları ola bilər.
XS
SM
MD
LG