Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:34

Hakimiyyətin müxalifətlə pul söhbəti


“Gürcüstan hökuməti müxalifətin pullarını müsadirə etməklə müxalifət partiyalarının seçkidə iştirakını laxladır.”
- bunu Avropa Şurasının Parlament Assambleyasının Gürcüstan üzrə hesabatçıları danimarkalı Aastrup Jansen və latviyalı Boris Cilevics avqustun 21-də verdikləri bəyanatlarında bildiriblər.

MÜXALİFƏT PULLARI

Müxalifətin “Gürcü Arzusu” koalsisiyasına daxil olan partiyalar 4 gün qabaq bildirdilər ki, onların Tbilisidəki bank hesablarından 60 min dollar çıxarılaraq dövlət büdcəsinə köçürülüb.

Koalisiyanın üzvü olan Demokratik Gürcüstan partiyasının sədri Nodar Khaduri deyir ki, prezident Saakaşvilinin hökuməti “Gürcü Arzusu” koalisiyasına qoyulan 1 milyon 500 min dollarlıq cəriməni bu yolla yığır.

Hökumət “Gürcü Arzusu”nu öz seçki kampaniyasını qeyri-leqal yollarla maliyyələşdirməkdə ittiham edir. Cərimə də buna görə qoyulub.

“Gürcü Arzusu”nun lideri milyarder Bidzina İvanişvili hökuməti müxalifət koalisiyasına daxil olan bütün 6 partiyanın hesablarını “qurutmaq”da ittiham edib. O deyib ki, partiyalara gələn ianələrin hamısı müsadirə olunur.

FUTBOLÇUNUN DA PULU?

Cərimələr təkcə partiyalarla qurtarmır. Avqustun 10-da məhkəmə keçmiş futbol ulduzu Kaxa Kaladzeni 10 milyon 300 min dollar cərimə etdi.

Tbilisi məhkəməsi öz qərarını belə izah edib ki, Kaladze öz bank hesabından 2 milyon dolları çıxardanda bunu nəyə sərf edəcəyini izah edən sənədlər verməyib.


Bidzina Ivanishvili və Kaxa Kaladze
Bidzina Ivanishvili və Kaxa Kaladze
Gürcüstan yığmasının keçmiş kapitanı, İtaliyanın Milan klubunun keçmiş oyunçusu, iki dəfə Çempionlar Liqası Kubokunu almış Kaladze deyir ki, məhkəmənin onu cərimələməsi siyasi motivlidir.

Çünki Kaladze keçmiş futbolçudursa, indi də siyasətçidir.
O, oktyabrın 1-dəki parlament seçkilərində “Gürcü Arzusu”ndan deputatlığa namizəddir.

Avqustun 12-də isə “Gürcü Arzusu”nun lideri İvanishvili 12 milyon 300 min dollar məbləğində cərimələndi.

O, öz bank hesabından 2,5 milyon dollar çıxartmaqda və bunu nəyə xərcləyəcəyini izah etməməkdə ittiham olundu.

Auditorlar deyirlər ki, İvanishvili bu pulları qeyri-qanuni olaraq müxalifət partiyalarına verə bilərdi.

Gürcüstanda son günlər müxalifət partiyalarının və müxalifətin varlı namizədlərinin pullarının müsadirəsi və ya cərimələnməsi parlament seçkiləri ilə əlaqələndirilir.

Hökumətin bütün bunlara rəsmi cavabı budur ki, heç bir partiyanın hesabı dondurulmayıb.

KİM DÜZ DEYİR?

Hakim partiyadan olan deputat Giorgi Kandelaki deyir ki, “Gürcüstanla əlaqəsi olan hər bir adam informasiya bombardmanına məruz qalır.
Bu yalan informaisyaları onlara İvanishvilinin puluna işləyən lobbiçilər çatdırırlar. Hökumət məcburdur ki, həqiqətin harda olduğunu izah edə”.

“Ədalət seçkilər uğrunda” adlı QHT isə seçki prosesini monitorinq edir.
QHT-nin rəhbəri Nino Lomjaria deyir: “ Biz ən azı iki adamın siyasi baxışlarına görə işdən çıxarıldığını aşkar etmişik”.


PARLAMENT SEÇKİLƏRİ

Keçən parlament seçkilərini prezident Saakaşvilinin Birləşmiş Milli Hərəkatı udub.
Bu hərəkat 150 yerdən 119-nu qazandı.

Oktyabrın 1-dəki parlament seçkilərində də prezidentin hərəkatı seçkiləri udmağa 2 ən real qüvvədən biridir.

Hakimiyyət partiyasının əsas rəqibi milyarder Bidzina İvanishvilinin “Gürcü Arzusu” koalisiyasıdır.
Bu koalisiyaya müxalifətin 6 partiyası daxildir.

Keçmiş parlament sədri Nino Burjanadze deyir ki, Gürcüstan əhalisinin əksəriyyətinin fikrincə, seçkiləri “Gürcü Arzusu” koalisiyası udacaq.

Nino Burjanadzenin Demokratik Hərəkat- Birləşmiş Gürcüstan adlı partiyası isə seçkilərdə iştirak etməyəcək.

Burjanadze seçkidə iştirak etməklə müxalifətə veriləcək səsləri parçalamaq istəmədiyini bildirir.

RƏY SORĞUSU

ABŞ-ın Milli Demokratiya İnstitutunun (NDİ) son ictimai rəy sorğöusuna görə seçkidə iştirak edənlərin 36 faizi hakimiyyətin Bİrləşmiş Milli Hərəkatına, 18 faizi Gürcü Arzusuna, 3 faizi isə Xristian Demokrat Partiyasına səs verəcəyini deyib.
XS
SM
MD
LG