Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:30

Rus casuslarını ifşa etmək çətinləşib (Yeni kitab)


 «Deception. Spies, Lies and How Russia Dupes the West» kitabı
«Deception. Spies, Lies and How Russia Dupes the West» kitabı
London nəşriyyatlarının birində «Deception. Spies, Lies and How Russia Dupes the West» (Yalan. Cəsusluq. Rusiya qərbə necə fırıldaq gəldi) adlı kitab çap olunub. Kitab Rusiya kəşfiyyatı haqqındadır. Onun müəllifi Rusiya üzrə ekspert, «Economist» jurnalının redaktoru Edvard Lukasdır. Onun fikrincə, Qərb ölkələri son zamanlar fəallaşmış Rusiya kəşfiyyatına qarşı daha diqqətli olmalıdırlar.
Lukas yazır ki, Rusiyanın kəşfiyyat xidməti Qərbi aldadır və onunla manipulyasiya edir. Bunun üçünsə nəhəng resurslardan istifadə edir. Müəllif Britaniya kəşfiyyatından da misal gətirir. Onun yazdığına görə, ingilis əks kəşfiyyatı Mİ5 büdcəsinin təxminən 4 faizini xarici kəşfiyyata xərcləyir. Resurslarının yerdə qalanını isə terrorla mübarizəyə yönləndirir.
Müəllif hesab edir ki, yalan, aldatma müasir Rusiyanın həm xarici, həm daxili siyasətində vacib amildir. Və təəccüblü deyil ki, Rusiyanı indi məhz sabiq «KQB»-nin dezinformasiya, düşmənlə manipulyasiya üzrə əməkdaşları idarə edir. Lukas belə deyir və əlavə edir ki, indi Qərbdə «soyuq müharibə» zamanından daha çox casus var:
- Mən bu məlumatları Qərb kəşfiyyat xidmətlərindən və onların bəyanatlarından götürmüşəm. Britaniya kəşfiyyatının başçısı hesab edir ki, Rusiya kəşfiyyatçılarının indiki fəallığı sovet dönəminkindən artıqdır. Bunu ondan yaxşı kim bilər ki? Mən kitabımda «yeni qeyri-leqal» adlandırdıqlarıma xüsusi diqqət çəkirəm. Həmin adamlar Anna Çapman və Miaxai Smenko kimilərdir və onlar Andrey Bezrukov kimi sovet rezidentlərindən fərqlənirlər. Bezrukov 20 il ABŞ-da saxta ad altında yaşamışdı və doğum haqda şəhadətnaməni oğurlamaqla sənəd almışdı. İndiki casusları ifşa etməksə daha çətindir, çünki adlarını gizlətmirlər. Anna Çapman əfsanəsi bioqrafiyasına tam uyğun idi, o sadəcə bircə detalı gizləmişdi.
- Rusiya mənafeyinə casusluq edənlərin indiki məqsədləri nədir və onların metodları sovet dövründəkindən nəylə fərqlənir?
- Bunlar hər halda hərbi sirlərdir, casusluq haqda, Qərb kəşfiyyatına təsir etmək üçün məlumatlardır. Rusiya xarici kəşfiyyatını xüsusən də qərarların qəbulu mexanizmi maraqlandırır, eləcə də qərar qəbul edən adamlarla bağlı məlumatlar. Bütün bunlar təsir və təzyiq edə bilmək üçün lazımdır. Bundan başqa, KİV-də istənilən əlaqələr də maraqlıdır. Bütün bunlar sovet kəşfiyyatı üçün də xarakterik idi. Fərq ondadır ki, «soyuq müharibə» dövrüylə müqayisədə indi dünya daha açıqdır, bu da casusluğu daha yüngül məşğuliyyətə çevirir. Eyni zamanda onları ifşa etməyi çətinləşdirir.
XS
SM
MD
LG