Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:28

Rusiya müxalifəti etiraz aksiyalarını davam etdirəcək


«Yeni Arbat»da mitinq
Gözlə
Embed

No media source currently available

0:00 0:02:53 0:00

«Yeni Arbat»da mitinq

Rusiyada müxalifətin «Ədalətli seçki» tələbi ilə növbəti etiraz aksiyası mayın 7-də baş tuta bilər. Həmin gün Vladimir Putinin prezident kimi inaqurasiya mərasimi keçiriləcək.
Martın 10-da «Yeni Arbat» təşkil olunmuş mitinqdə «Sol cəbhə»nin koordinatoru Sergey Udaltsov mayın 1-də kütləvi aksiya keçirməyə çağırıb. Qeydə alınmamış Xalq Azadlıq Partiyasının nümayəndələri Vladimir RıjkovMixail Kasyanov isə mitinqin mayın 7-də keçirilməli olduğunu bildiriblər.
Dünənki mitinqdən sonra saxlananların bəziləri buraxılıblar. Sergey Udaltsovu isə 15 sutkalıq həbs gözləyir. Bu gün Nijni Novqorod şəhərində keçirilmiş etiraz aksiyasında saxlananların məhkəməsi olacaq. Saxlananlardan 10-u hələ polis şöbələrindədir.
RUSİYADA MÜXALİFƏTİN MİTİNQİ BAŞA ÇATIB, SAXLANANLAR VAR

Martın 10-da Moskvada «Ədalətli seçki» tələbi ilə keçirilən mitinq başa çatıb.

«Yeni Arbat» meydanında keçirilmiş mitinqdə 10-30 min arası adamın iştirak etdiyi bildirilir.

Martın 4-də keçirilmiş prezident seçkisinin saxtalaşdırıldığını deyən müxalifət ölkədə yeni prezident və parlament seçkiləri tələb edib.

Müxalifət liderlərindən biri Vladimir Rıjkov çıxışında müxalifətin dəqiq proqramı olduğunu deyib.

Aksiyaçılar həmçinin siyasi məhbusların azad olunması və siyasi təqiblərə son qoyulmasını tələb ediblər.

Müxalifət liderlərindən biri, «Sol cəbhə» hərəkatının lideri Sergey Udaltsov və bir neçə müxalifət fəalının saxlandığı xəbər verilir.

Həmçinin, ölkənin digər regionlarında eyni tələblə mitinqlər keçirilib.
XS
SM
MD
LG