Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 04:48

Neft ölkəsi şagirdlərinin odun növbəsi...


Atasının maşınına evlərindən xeyli odun qoyub gətiriblər
Atasının maşınına evlərindən xeyli odun qoyub gətiriblər
Tovuzu əhatə edən dağların və bizi bu rayona aparan yolların ətəyindən qar tam əriməyib. Rayonun kəndlərinə girəndə əksər evlərin bacasından qara tüstü görünür. Kəndlilər deyir ki, burada hamı evini qış aylarında odun sobası ilə qızdırır. Tovuzun bir neçə kəndinə mavi yanacaq verilsə də, əksəriyyət buna həsrətdir. İşsizlikdən əziyyət çəkən kəndlilər kommunal xərcləri ödəyə bilmədiklərindən də danışırdılar.

Tovuzun Düzqırıqlı kəndinin girəcəyində bəzi yerləri tüstüdən az qala qara rəngə boyanmış məktəb binası görünür. Demək olar ki, hər sinif otağından bir boru uzanır. Bu odun sobalarıdır. Məktəbin ümumi darvazasından 5-ci sinifdə oxuduqlarını deyən şagirdlər doğranmış odun daşıyırdılar. Şagirdlər «müəlliməmiz acıqlanar» deyib mikrofona danışmasalar da, bildirdilər ki, yoldaşlarından birinin növbəsidir və onun atasının maşınına evlərindən xeyli odun qoyub gətiriblər. Köməkləşib sinif otaqlarına aparırlar. Əllərində 3-5 odun tutan balaca məktəblilər deyir ki, hər gün bir uşaq odun gətirməli və ya odunun pulunu müəlliməyə verməlidir.

Valideynlər isə uşaqlara odun pulu verməyə gücləri çatmadığını deyirlər.

«MÜƏLLİMƏYƏ DEYİRƏM Kİ, MƏNİM EVİMDƏ ODUN VARMI Kİ, SƏNƏ DƏ GƏTİRİM...»

Nurtən Verdiyeva:

«Şərait çətindir. Uşaqdan pul yığılır. Uşaqdan pul yığılmasa, nə odun olar, nə də istilik. Pul verməyən uşaq da odun gətirir. Mənim qızım bu dəqiqə xəstədir, yatır. Məktəbdən bizə deyirlər ki, 10 manat gətir. Mənim aylığım nədir ki, 10 manat verim. Deyir onda odun gətir. Müəlliməyə deyirəm ki, mənim evimdə odun varmı ki, sənə də gətirim verim. Güclə dolanıram».

Digər valideyn Sahibə Məmmədova isə deyir ki, müəllimlər kasıb ailələrə güzəşt edir. İmkanı olmayanlardan
1 saylı orta məktəb
1 saylı orta məktəb
10 manat yox, 4-5 manat alırlar:

«MƏKTƏBLƏR ODUNLA QIZINIR»

«Məktəblər odunla qızınır. 4-5 manat uşaqlardan alırlar. Baxır ailənin vəziyyətinə.

- Siz nə qədər verirsiniz?

- 5 manat».

Tovuz rayon Düzqırıqlı kənd 1 saylı orta məktəbin direktoru Xatirə Xasıyeva da şagirdlərin evlərindən odun gətirməsini inkar etmir. Deyir ki, sağ olsun valideynlər, soyuq aylarda təhsil ocağına dəstək olurlar. Ancaq şagirdlərin valideynlərindən konkret pul yığılmasını təkzib edir. Üstəlik, deyir ki, hökumət neft və odun tədarükü görür:

«YAYDA TƏHSİL ŞÖBƏSİ SÖZ VERİB Kİ...»

«Odunla da, ağ neftlə də yardım verilib. Yayda təhsil şöbəsi söz verib ki, təmir etdirəcək. Onda yəqin ki, qızdırıcı sistem də düzələr. Bizdə şagird-müəllim assosiasiyası var. Onlar da yardım edirlər».

Valideynlərin şikayətinə gəldikdə isə, direktor deyir ki, yardım edən valideynlər könülü təşəbbüs göstərənlərdir.

Tovuzun Düzqırıqlı kənd orta məktəbində 600-dən çox şagird təhsil alır.
XS
SM
MD
LG