Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:26

Rəsulzadə Novxanıda anıldı


Müxalifət M.Ə.Rəsulzadənin xatirəsini yad edir
Gözlə

No media source currently available

0:00 0:03:23 0:00
Direct-ə keçid

Yanvarın 31-də İctimai Palata və digər təşkilatların üzvləri Novxanıda, M.Ə.Rəsulzadənin abidəsi qarşısında toplantı keçirdilər. Görüntüləri çəkdi: Ülkər Akifqızını

-

İctimai Palatanın üzvləri və bir neçə gənclər təşkilatı Azərbaycan Xalq Cümhuriyyətinin (1918-20) banilərindən biri M.Ə.Rəsulzadənin doğum günü ilə bağlı onun Novxanı kəndindəki abidəsi önündə tədbir keçiriblər. 100-ə yaxın fəal əllərində bayraq, hazırda həbsdə olan İctimai Palata üzvlərinin şəkillərini tutaraq «Rəsulzadə, Elçibəy», «Azadlıq» şüarları səsləndiriblər.

Tədbirdə çıxış edən AXCP lideri Əli Kərimli Rəsulzadənin Azərbaycan üçün bir çox sahədə nümunə olduğunu qeyd edib:

«Rəsulzadə Azərbaycanı təmənnasız sevməyin simvoluna çevrilib və onun nümunəsini yaradıbRəsulzadə Azərbaycanın tarixini, mədəniyyətini, ədəbiyyatını sevməyin təbliğ etməyin, tarixi təkcə yaratmağın yox, yazmağın nümunəsini yaradıb. Təvazökarlığın, demokratikliyin nümunəsini yaradıb. Rəsulzadə Azərbaycan üçün yaşayıb, Azərbaycan üçün ölməyin nümunəsini yaradıb».

«RƏSULZADƏNİN YUBİLEYİ DAHA YÜKSƏK SƏVİYYƏDƏ KEÇİRİLMƏLİDİR»

M.Ə. Rəsulzadə İrsini Araşdırma Fondunun sədri Nəsiman Yaqublu isə deyib ki, iki il sonra Məmməd Əmin Rəsulzadənin anadan olmasının 130 illiyi qeyd olunacaq. O bildirib ki, Rəsulzadənin doğum günü daha yüksək səviyyədə keçirilməyə layiqdir:

«Rəsulzadənin apardığı mübarizə ümuminsanlığa aid bir mübarizə olub, bütün xalqların istiqlal mübarizəsinə toxunacaq bir mübarizə olub. Odur ki, Rəsulzadənin «İnsanlara hürriyyət, millətlərə istiqlal» şüarını bu gün milli mənsubiyyətindən, irqindən, dinindən asılı olmayaraq hər bir xalqa şamil etmək mümkündür».

M.Ə. Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə isə tədbirdə iştirak edən hər kəsə atasını andıqlarına görə təşəkkürünü bildirib:

«Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu olan Azərbaycan hərəkatının böyük ideoloqu olan M.Ə.Rəsulzadənin adını yüksək tutduğunuz üçün Rəsulzadə ailəsi adından hər birinizə minnətdarlıq edirəm».

Cümhuriyyətin Milli Şurasının ilk sədri olmuş M.Ə.Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub.

M.Ə.Rəsulzadənin 1953-cü il mayın 28-də "Amerikanın səsi" radiosu ilə Azərbaycana müraciəti:


Tədbirdən fotolar:



XS
SM
MD
LG