Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:38

Avropa Birliyi İran neftinə embarqo qoydu


İran və Avropa Birliyinin bayraqları.
İran və Avropa Birliyinin bayraqları.

Avropa Birliyi mübahisəli nüvə proqramına görə İrandan neft idxalına embarqosunun tətbiqinə başlayır. Birliyin Xarici İşlər nazirlərinin Brüsseldə yanvarın 23-də verdiyi qərara görə, embarqo bu gündən etibarən qüvvəyə minir və bütün yeni neft və neft məhsulları müqavilələrinə aid olacaq. Ancaq qüvvədə olan müqavilələr üçün iyulun 1-ə qədər vaxt verilir.

Avropa Birliyi İran neftinin 1/5-ə qədəri alırdı.

BRİTANİYA HƏLƏ BAŞQA SANKSİYALAR DA OLA BİLƏCƏYİNİ DEYİR

Britaniya Xarici İşlər naziri William Hague deyib ki, bu qərar İrana qarşı misli görülməyən
William Hague
William Hague
sanksiyaların ancaq tərkib hissəsidir və Avropa Birliyinin bu məsələyə nə qədər önəm verdiyini göstərir:

- Məncə, bu, Avropa Birliyinin və dünya ictimaiyyətinin məsələdə nə qədər qərarlı olduğunu göstərir. Nəzərə alanda ki, İran BMT Təhlükəsizlik Şurasının qərarlarına məhəl qoymur və özünün nüvə proqramı ilə bağlı danışıqlardan yayınır, belə addımlar tamamilə haqlıdır.

Rusiya Avropa Birliyinin bugünkü qərarını qeyri-məhsuldar adlandırıb və İranla altı dünya gücü dövlətin danışıqlarının bərpa olunmasına çağırıb. Rusiya, Çin, ABŞ, Britaniya, Fransa və Almaniya ilə İran arasında danışıqlar keçən ildən dalana dirənib.

İRAN YENƏ HÖRMÜZÜ BAĞLAMAQLA HƏDƏLƏYİR

Amma İran parlamentinin enerji komissiyasının sədri Ali Adyani bildirib ki, Avropa Birliyinin yeni embarqo qərarı bu ölkənin iqtisadiyyatına ciddi təsir göstərməyəcək.
İran daha öncə neft embarqosu tətbiq olunacağı halda Hörmüz boğazını bağlamaqla hədələmişdi. Bu boğaz vasitəsi ilə təkcə İran yox, digər ərəb ölkələri də neft ixrac edirlər.

ABŞ isə Hörmüz boğazını açıq tutmaq üçün nə lazımdırsa edəcəklərini açıqlayıb.
Elə bu gün İran Parlamentinin Xarici Əlaqələr və Beynəlxalq Təhlükəsizlik Komitəsinin sədr müavini bildirib ki, əgər həqiqətən də İrandan neft məhsullarının alınmasına embarqo qoyulsa, Tehranın Hörmüz boğazını bağlamaqdan başqa çarəsi qalmayacaq.

Britaniya rəsmiləri isə deyiblər ki, Tehranın hədələrinə baxmayaraq, ABŞ, Britaniya və Fransa hərbi gəmiləri heç bir maneə olmadan boğazı keçirlər. maneə olmadan boğazı keçirlər.

Avropa Birliyi və ABŞ indi Asiya ölkələrini də İrandan neft məhsulları idxalına qadağa qoymağa çağırır. Bununla Qərb İranı mübahisəli nüvə proqramında güzəştə getməyə məcbur etmək istəyir.

BMT-nin Atom Enerjisi Agentliyinin son hesabatında İranın nüvə silahı əldə etməyə yaxın olduğu iddia olunsa da, Tehran proqramın dinc məqsədli olduğunu bildirir.

AZƏRBAYCANIN 20 MİLYARD DOLLARLIQ LAYİHƏSİ TƏHLÜKƏDƏ

İrana qarşı sanksiyalar Azərbaycanın da enerji sektoruna risklər yaradıb. Belə ki, hazırda ABŞ-da İranın neft-qaz şirkəti ilə əməkdaşlığı qadağan edən qanun layihəsi müzakirə edilir. İranın Naftiran şirkəti isə Azərbaycanın Şahdəniz II yatağında 10 faiz paya sahibdir.

Naftiran İranın dövlət neft şirkətinin İsveçərədəki bölməsi kimi fəaliyyət göstərir. Yatağın işlənməsində digər payçılar BP 25.5%, Statoil 25.5%, SOCAR, Total, Lukoil hərəsi 10%, Türk Petrolları Anonim Ortaqlığı 9% paya sahibdir. Avropa Birliyi bu layihəni özünün Rusiya qazından asılılığının azaldılmasında son dərəcə zəruri hesab edir.

İlham Şaban
İlham Şaban
İndi həmin şirkətlə lobbi qrupları ilə necəsə həmin qanun layihəsində Şahdəniz II üçün istisna almağa çalışırlar. Artıq həmin lobbi qruplarının dəstəyi ilə layihəyə belə bir cümlə salınıb: “Azərbaycandan Avropaya və Türkiyəyə qaz ötürülməsinə dair müqavilələr istisnadır.” Bu cümlə layihəyə salınsa da Senatda səsvermənin necə keçəcəyini heç kim proqnozlaşdıra bilmir.

Bakıda Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban da deyir ki, indi İran şirkətini müqavilədən kənarlaşdırmaq baha başa gələ bilər. ABŞ-da təklif olunan qanun ilkin variantda keçərsə, yəqin, İranın neft şirkətinə qadağalar tətbiq edilərsə, 20 milyard dollarlıq sərmayəsi olan Şahdəniz II yatağının işlənməsi də sual altına düşə bilər.

Yanvarın 23-də The Wall Street Journal yazır ki, Avropa Birliyi və Britaniya rəsmiləri bunun uzunmüddətli proses olduğunu və onun nəticəsinin necə olacağını heç kimin dəqiq deyə bilməyəcəyini bildirirlər.

BP şirkətinin sözçüsü deyib ki, Şahdəniz II layihəsi barədə danışıqlar onların ABŞ qanunvericililəri ilə müzakirələrinin daimi mövzularından biridir.
XS
SM
MD
LG