Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:23

Nazir: «455 müəllimin saxta diplomla işlədiyi məlum olub»


Misir Mərdanov
Misir Mərdanov
«Azərbaycanda təhsil sənədlərinin ekspertizası məqsədilə 150 min müəllimdən 1/3-dən çoxunun, yəni 58 970 nəfərin sənədləri araşdırılıb».

Bunu dekabrın 3-də Təhsil Nazirliyində keçirilən kollegiya iclasında nazir Misir Mərdanov deyib.

Nazir bildirib ki, əsasən 1990-cı ildən bəri olan sənədlər araşdırılıb. Araşdırmalar nəticəsində saxta diplomla işləyən 455 nəfər müəyyən edilib, onların hamısı işdən çıxarılıb.

260 nəfərin lisenziyası olmayan müəssisələrin, 468 nəfərin leqallaşdırılmamış ali məktəblərin diplomları ilə işlədiyi aşkar edilib. Bu, əsasən qonşu ölkələrlə sərhəd olan rayonlara aiddir.

Araşdırmalar özəl təhsil müəssisələrinin arayışı ilə 11 nəfərin, müxtəlif kursların vəsiqəsi ilə 54 nəfərin işlədiyini aşkarlayıb.

M.Mərdanov araşdırmaların davam etdiriləcəyini deyib.

BAKIDA DİREKTORLARA YAŞ SENZİ YANVARIN 1-DƏN TƏTBİQ OLUNACAQ

Bakı şəhərinin orta məktəblərinin direktorlarına yaş senzi hələ tətbiq edilməyib.

Nazir deyib ki, Bakı məktəblərinin direktorlarına yaş senzi yanvarın 1-dən tətbiq olunacaq.

Yaş senzi indiyədək 295 məktəb direktoruna, 72 bağça müdirinə, 31 məktəbdənkənar təhsil müəssisəsinin direktoruna, ümumilikdə isə 10 106 müəllimə şamil edilib.

M. Mərdanov qeyd edib ki, öz yerində olan, işini bilən yüksək səviyyəli mütəxəssislər bu qərardan kənarda qalıblar. /apa/
XS
SM
MD
LG