Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:35

Avropada Yunanıstan haqqında qoşulan lətifələr


Avrozona liderləri Yunanıstanı və bununla da avronu xilas etdilər. Yunanıstanın borcunun 50 faizi bağışlandı.

Son aylar dillərdən düşməyən bu borc problemini Reuters orijinal şəkildə işıqlandırmaq qərarına gəlib.

Reuters Avropa ölkələrindəki müxbirlərinə tapşırıb ki, o olkələrin mediasında bu mövzuda hansı lətifələr dolaşır? Agentliyin müxtəlif ölkələrdən topladığı lətifələri diqqətinizə təqdim edirik.

YUNANISTAN İŞGÜZARLIĞI

- Yunanıstan niyə Beynəlxalq Valyuta Fondundan son tranşı, pulu ala bilmədi?

- Çünki bunun üçün ərizə formasını doldurmaq lazımdır, Yunanıstanda heç kim bu qədər çox işləyə bilmir.


"HAMAMPULUNU" KİM VERƏCƏK?

Yunan, irlandiylı və portuqaliyalı bara gedib, içki sifariş verirlər. Barmen soruşur ki, pulunu kim verəcək? Cavab verirlər ki - alman.


BÖHRAN ƏLAMƏTİ

Yunan deyir ki, dünyada iqtisadi böhrandır. Soruşurlar ki, nədən bilirsən?
Cavab verir ki, tzatziki (yunanlarda doğramac) ixracı azalıb


TAKSİPULU

“Avropa liderlərinin iclasından sonra İtaliyanın baş naziri Berluskoni adəti üzrə gecə klubuna tələsir. Berluskoni o biri Avropa liderlərini də dəvət edir.
Yunanıstanın baş naziri Papandreu imtina edir. Berluskoni deyir ki, “içki pulunu mən verəcəm, gedək.” Papandreu cavab verir ki, bəs geri qayıtmağa taksi pulunu?"

MÖVZUYLA BAĞLI SİZDƏ DƏ LƏTİFƏ VARSA, BİZƏ YAZIN

XS
SM
MD
LG