Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:31

Avropa Birliyi «Transxəzər» layihəsi üzrə Azərbaycanla danışıqlara başlayıb


Mahmud Məmmədquliyev
Mahmud Məmmədquliyev
Avropa Birliyi Azərbaycan və Türkmənistanla «Transxəzər» qaz boru kəmərinin hüquqi bazası üzrə danışıqlara başlayıb.

Azərbaycan Xarici İşlər nazirinin müavini Mahmud Məmmədquliyev bu çərçivədə ilk görüşün Brüsseldə keçirildiyini deyib:

«İlk danışıqlar oktyabrın ikinci ongünlüyündə Brüsseldə olub. Danışıqlarda Avropa Birliyi, Azərbaycan və Türkmənistan nümayəndələri iştirak edib».

Sentyabrın 7-də Avropa Birliyi «Transxəzər» layihəsi ilə bağlı Azərbaycan və Türkmənistanla danışıqlar aparmaq üçün Avropa Komissiyasına mandat verib.

«Transxəzər» qaz kəməri Xəzərin Azərbaycan və Türkmənistan sahillərini birləşdirməlidir. Layihənin dəyəri 7.9 milyard avro qiymətləndirilir.

Sentyabrın 13-də Rusiya XİN bəyanatla çıxış edərək bildirib ki, 5 Xəzəryanı ölkə Xəzərin statusunu müəyyənləşdirənə qədər «Transxəzər» layihəsinin həyata keçirilməsi mümkün deyil. /apa/
XS
SM
MD
LG