Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 02:37

Avropalılar kommuzm cinayətləri haqda heç nə bilmir


Qazaxıstandakı sürgün düşərgəsi
Qazaxıstandakı sürgün düşərgəsi
İsveçdəki Kommunizm Cinayətləri barədə İnformasiya İnstitutundan Anders Hjemdahl deyir ki, Soyuq müharibə bitəndən sonra keçən müddət ərzində onun ölkəsində və Qərbi Avropada kommunizm haqda çox şeyi unudublar. Hətta yeni böyüyən gənc nəsil kommunizmin törətdiyi cinayətlərdən xəbərdar olmadığı üçün bu idelagoyaya rəğbətlə də yanaşır.

Anders Hjemdahl: “Məsələn, əgər sən gənc isveçlisənsə, insan haqları və azadlıq haqda düşünürsənsə, çox güman ki sən Che Guevara-nın şəkli olan köynək geyəcəksən, qırmızı 5ulduz taxacaqsan və inqilabdan mahnılar oxuyan rok qruplara qulaq asacaqsan.
Və çox güman ki, azad bazar, qloballaşma və kapitalizmin ədalətsiz, qəddar, israfçı və amansız olduğunu, sosializm və kommunizmin isə işıqlı gələcək üçün bir ümid olduğunu düşünəcəksən”.

Hjemdahlın fikrincə, bunun əsas səbəbi odur ki, İsveçlilər məktəbdə olanda Baltik dənizinin o tayında, cəmi bir neçə saatlıq məsafədə yerləşən keçmiş Sovet respublikalarının tarixi haqda demək olar ki, heç nə öyrənməyiblər.

Hjemdahl: “Biz Vyetnam müharibəsi haqda bilirik, amma heç vaxt Avropada kommunizmə qarşı üsyanlar haqda eşitməmişik. Biz Andy Warholun gülümsəyən Mao Zedong şəklini görmüşük, amma onun öldürdüyü on milyonlarla adam haqda heç nə bilmirik. Biz Che Guevara-nın şəkli və simvolikası olan dizaynlara meyl edirik, amma onun qurbanları haqda xəbərimiz yoxdur”.

Hjemdahl deyir ki, bu yaxınlarda təmsil elədiyi İnstitut İsveçdə gənclər arasında sorğu keçirib. Rəyi soruşulanların 90 faizi Sovetlərin sürgün düşərgələri haqda heç nə eşitməyiblər, baxmayaraq ki, İsveçin əhatəsindəki 5 dövlət 50 il boyunca kommunist əsarətində olub. Müqayisə üçün gənclərin 95 faizi Holokost və ya faşistlərin əsir düşərgələri haqda məlumatlıdır. Gənclərin 20 faizi düşünür ki, kommunizmin qurbanlarının sayı dünya üzrə cəmi 10 min olub, halbuki bu rəqəm 100 milyona yaxındır.

Hjemdahlın sözlərinə görə, Qərbi Avropanın digər ölkələrində də vəziyyət buna oxşardır. İndi dəqiq mənzərəni üzə çıxartmaq üçün ümum Avropa sorğusu keçirməyə hazırlaşırlar. Və sözügedən Kommunizm cinayətləri ilə bağlı məsələlərin təhsil proqramlarına salınması üçün kampaniya aparırlar. Hjemdahl deyir ki, məsələn Almaniyada Milli Sosialistlərin cinayətləri haqda məktəblərdə keçirlər. və indi oxşar təcrübənin İsveç təhsil sisteminə də tətbiq edilməsi üçün müzakirələr aparırlar.

Çünki, bu ölkənin gələcəyi üçün vacibdir. Hjemdahl deyir ki, İsveç birbaşa Kommunist əsarətində olmasa da, Kommunist partiyasına arxalanan və eyni ideyaları dəstəkləyən Sosialistlərin 50 illik hakimiyyətinin izləri hələ də qalır.

Hjemdahl: “Onların informasiya azadlığına və təhsilə fərqli münasibəti üzündən bu sahələr tam dövlət nəzarətində idi. Ölkədə hələ də yetərincə nüfuzlu olan ultra solçular var. Səbəb də odur ki, utopik ideyaları tarixdən ayırıb təqdim edəndə, kommunizm və sosializmin cinayətlərindən danışmayanda onlar çox yayılır və gizli düşməninə çevrilirlər”.
XS
SM
MD
LG