Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 18:31

Mövsüm Səmədov 12 il azadlıqdan məhrum edilib


Foto: Arxiv
Foto: Arxiv
Oktyabrın 7-də hakim Eldar İsmayılovun sədrliyi ilə İslam Partiyasının sədri Mövsüm Səmədov və partiyanın daha 6 üzvünün məhkəmə prosesi keçirilib.

Məhkəmənin qararıyla İslam partiyasının sədri Mövsüm Səmədova 12 il müddətinə azadlıqdan məhrum edilib.

Partiya sədrinin müavini Vaqif Abdullayevə 11 il, partiyanın Astara təşkilatının sədri Rufulla Axundzadəyə 11 il 6 ay, Mövsüm Səmədovun qaynı Firdovsi Məmmədrzayevə 10 il, əmisi oğlu Dəyanət Səmədova 10 il, Masallı ruhanisi Fəramiz Abbasova 11 il, Lənkəran ruhanisi Zülfüqar Mikayılzadəyə 5 ili sınaq müddəti olmaqla 11 il şərti həbs cəzası verilib.

***

Polis təqsirləndirilənlərin məhkəmənin qarşısına toplaşan qohumları və tərəfdarlarını döyərək ordan uzaqlaşdırıb. Başı yarılanlar da olub. Polis dəyənəyi AzadlıqRadiosunun müxbirindən də yan keçməyib. Eyvanlardan baxan qonşu binaların sakinləri polisin adamları söyüb, döyməsinə etiraz ediblər.

Bir qədər sonra məhkəmənin qarşısına təqsirləndirilənlərin tərəfdarları olan 50-dək qadın gəlib. Polis onlara qarşı da zorakılıq edib.
XS
SM
MD
LG