Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 03:12

ABŞ-da baş vermiş terror hadisələrindən 10 il ötür


11 sentyabr 2001. Dünya Ticarət Mərkəzinin binası
11 sentyabr 2001. Dünya Ticarət Mərkəzinin binası
10 il əvvəl, 2001-ci il sentyabrın 11-də «Al-Qaeda» terror şəbəkəsi ABŞ-ın Nyu-York və Vaşinqton şəhərlərində silsilə terror aksiyaları həyata keçirib.

Yerli vaxtla saat 08:46-da «American Airlines» şirkətinə məxsus sərnişin təyyarəsi Nyu-Yorkda yerləşən Dünya Ticarət Mərkəzinin Şimal qülləsinə çırpılıb.

09:03-də isə Cənub qülləsi hücuma məruz qalıb. Sonuncu hücumdan 40 dəqiqə sonra ABŞ Müdafiə Nazirliyi - Pentaqonun binası da terrorçuların idarə etdikləri təyyarə tərəfindən vurulub.

Bu hücumdan 25 dəqiqə sonra isə eyni məqsədlə qaçırılan bir sərnişin təyyarəsinin hava hücumundan müdafiə qüvvələri tərəfindən vurularaq zərərsizləşdirildiyi açıqlanıb. Həmin təyyarənin hədəfi isə Ağ Ev olub.

Terror aksiyaları nəticəsində 3 minə yaxın insan həlak olub. 6 mindən çox adam yaralanıb.

«ABŞ 11 sentyabr terror aktlarından sonra daha güclü olub və terror təhlükəsinə baxmayaraq irəliləməkdə davam edəcək».

Bunu ABŞ prezidenti Barack Obama radioyla həftəlik çıxışında deyib.

Prezident qeyd edib ki, hərbçilər, kəşfiyyat və hüquq mühavizə orqanlarının səyi nəticəsində «Al-Qaeda» nüfuzunu itirir və onu məğlubiyyət gözləyir.

Terror aktlarının 10 illiyinə görə Birləşmiş Ştatlarda təhlükəsizlik tədbirləri gücləndirilib.
XS
SM
MD
LG