Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 03:30

11 sentyabrdan sonra nə dəyişdi?


11 sentyabr hücumundan 10 il ötür
11 sentyabr hücumundan 10 il ötür
Yazı 11 sentyabr 2009-cu ildə dərc olunub.

«11 sentyabr bizim gözümüzü açdı. Super güclər anti-terror kampaniyası adı altında öz maraqlarına çatmağa başladılar. İndi də deyəsən bu siyasətlərini dəyişmək istəyirlər. Azərbaycana gəldikdə isə o vaxtdan bizdə demokratiya bir qədər də zəifləməyə başlayıb;

11 sentyabrdan sonra, dünyada anti-terror kampaniyası vüsət aldı. Əfqanıstan, İraq hadisələri baş verdi;

Dünyada çox şey dəyişdi, Azərbaycanda isə deməyə çətinlik çəkirəm. Əslində Azərbaycanda bu hadisə bəzilərinin yadından çıxıb»

Elxan Mehdiyev
Bu sıravi Bakı sakinlərinin 8 il əvvəl ABŞ-da baş verən terror hadisələri ilə bağlı fikirləridir.

11 SENTYABR DÜNYA DÜZƏNİNİ NECƏ DƏYİŞDİ

Konfliktlərin Həlli Mərkəzinin rəhbəri Elxan Mehdiyev deyir ki, 11 sentyabrdan sonra ABŞ dünyanı təkbaşına idarə etmək fikrinə düşdü. Çünki bütün məsələlərə münasibətdə ABŞ-ın mili təhlükəsizliyi ön plana keçmişdi. Nəticədə bir qədər sonra müttəfiqlərlə onun arasında narazılıq baş verdi. Bu xüsusilə də İraq əməliyyatları zamanı özünü daha çox göstərməyə başladı. Dünyanı təkbaşına idarə etmək istəyi Rusiya ilə də konfrontasiya yaratdı.

Başqa bir konfliktoloq Arif Yunus isə düşünür ki, həmin hadisədən sonra Qərblə Şərq arasında qarşıdurma bir qədər də artdı. ABŞ dünyada, xüsusilə də müsəlman dünyasında sürətlə nüfuzdan düşməyə başladı.

BU HADİSƏLƏRİN AZƏRBAYCANA TƏSİRİ

Yerli ekspertlər bu hadisələrin Azərbaycana təsirini də dəyərləndirirlər. Elxan Mehdiyevin fikrincə, bu baxımdan ilk yada düşən müsbət cəhət 907-ci düzəlişin müvəqqəti dondurulmasıdır. Ancaq o bunun mənfi tendensiyasından da bəhs edir:

Arif Yunus
«Bu Azərbaycanda Əliyevlər hakimiyyətini gücləndirdi. Azərbaycan anti-terror koalisiyasına qoşulduqdan sonra hakimiyyətdə belə bir fikir formalaşmışdı ki, biz artıq demokratiyanı boğa bilərik. Və bu siyasət onlara uğur gətirməyə başladı».

OBAMANIN KORREKTLƏRİ

Yerli təhlilçilərə görə, ABŞ-da hakimiyyət dəyişikliyindən sonra bu siyasətdə açıq dəyişikliklər hiss edilməyə başladı. Artıq ABŞ hakimiyyəti Quantanamo və Əbu-Qreyb həbsxanalarına fərqli gözlə baxmağa başlayıb.

Arif Yunus düşünür ki, üstəlik müsəlman dünyası ilə də isti əlaqələr qurulmaqdadır. Barak Obamanın Türkiyə və Misir səfərləri buna misaldır. Ancaq Arif Yunus bu siyasətin ciddi effekt verəcəyinə bir qədər şübhə ilə yanaşır:

«Obamanın siyasəti indi belədir. İslam dünyasına ayrı münasibət, terrorçuya ayrı münasibət. Corc Buşun vaxtı bu siyasət o qədər də aydın deyildi».

Yerli təhlilçilərə görə, ABŞ-ın regionda gedən demokratik proseslərə müsbət təsiri də yalnız onun müsbət imicinin bərpasından sonra mümkündür. Barak Obama hakimiyyəti isə demokratik inqilablar haqda çağırışlara ara verərək bu müsbət imicin bərpası istiqamətində fəaliyyət göstərir.
XS
SM
MD
LG