Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 08:37

Musa Əfəndi qalibdir (2011)


Azadlıq Radiosunun təşkil etdiyi və Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsinin 20-ci ildönümünə həsr edilən “Ədəbi Azadlıq” hekayə müsabiqəsi başa çatdı.

İyunun 15-də Bakıdakı Azad Fikir Universitetində müsabiqənin qalibləri açıqlandı.

Gənc yazar Musa Əfəndi “Onları yol apardı” hekayəsi ilə müsabiqənin qalibi oldu.

Ona mükafatı Amerikadakı Beynəlxalq Yayım Şurasının (BBG) üzvü, hazırda Bakıda səfərdə olan səfir Victor Ashe təqdim edib.

2-ci mükafatlara "Gilənar albalı olurmu?" hekayəsi ilə Azad Qaradərəli və "Zabitəli kişinin arvadı" hekayəsi ilə Rəhim Əliyev layiq görülüblər.

3-cü mükafatlar isə aşağıdakı müəlliflərə çatıb.

Jalə İsmayıl (“Ülviyyə Heydərova” hekayəsi)
Babək Göyüş (“Yaşıl qurbağanın çəhrayı daşı”)
Mətləb Muxtarov (''Araba Sahipinden Satılıktır'')

Qaliblər - əsəri müsabiqənin qısa siyahısına düşmüş yazarlar arasından seçilib.

1-ci mükafatın sahibinə notebook, ikinci yerləri tutan müəlliflərə netbook-lar, üçüncü mükafatçılara isə e-book reader-lər hədiyyə edilib.

Onlara ilk turda verilən əsas ballar və son turda verilmiş əlavə ballar yaxın saatlarda açıqlanacaq.

Qalibləri yazıçılar Rafiq Tağı, Pərviz Cəbrayıl, tənqidçi Tehran Əlişanoğlu və “525-ci qəzet”in redaktorunun mədəniyyət, ədəbiyyat üzrə müavini Seyfəddin Hüseynli seçiblər.


Həmçinin oxu
Musa Əfəndi: "Hətta zarafatla Nobel nitqimin adını da müəyyən etmişik"
"Ədəbi Azadlıq-2011": Münsiflərin verdiyi ballar açıqlandı

2010-cu ildə "Ədəbi Azadlıq" müsabiqəsinin qalibi Eyvaz Zeynalov olmuşdu

XS
SM
MD
LG