Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 16:17

E.Fətullayev: «Yenidən həbsə düşməyə gücüm yoxdur»


Eynulla Fətullayev
Eynulla Fətullayev

2007-ci ildə müxtəlif ittihamlarla həbsə atılan, prezident İlham Əliyevin ötən həftə verdiyi əfv fərmanıyla azadlığa çıxan “Gündəlik Azərbaycan” qəzetinin baş redaktoru Eynulla Fətullayev bu qəzeti yenidən bərpa etmək istəyir.

Fətullayev həbs edilndən sonra redaktoru olduğu “Gündəlik Azərbaycan” qəzeti də fəaliyyətini dyaandırmışdı.

"The Washington Post" qəzetinə müashibə verən Fətullayev deyib ki, Azərbaycanda indi insan haqları sahəsindəki durum daha da pisləyib, amma ümid edir ki, yazılarına görə növbəti dəfə həbsə atılmayacaq.

Onun sözlərinə görə, “ölkə tədricən təkpartiyalı siyasi sistemə keçib, iqtidarın sərbəst toplaşma və ifadə azadlığına hücumları da buna sübutdur".

İndi Fətullayev deyir: “Mən Azərbaycanda qalıb, bir vaxtlar təkcə ölkədə yox, bütün Cənubi Qafqazda populyar olan nəşri yenidən bərpa edə bilərəm. Amma ümid edirəm ki, mənim şəxsi və peşəkar fəaliyyətim üçün hansısa təminat veirləcək. Çünki burada jurnalistikayla məşğul olmaq məhbəsə atılmaqla nəticlənə bilər, mənimsə buna gücüm yoxdur”.

Avropa İnsan Haqları məhkəməsi ötən il qərar vermişdi k, Eynulla Fətullayevin ədalətli mühakimə hüququ təmin edilməyib, jurnalist həbsdən azad edilməli və ona 25 min avro kompensasiya ödənilməlidir.

Beynəlxalq təşkilatlar və insan haqları fəalları Azərbaycan hpkumətini tənqidi medianı susdurmağa görə tənqid edir, Azərbaycan hökuməti isə ölkədə söz azadlığının tam təmin edilyini bildirir.

Eynulla Fətullayev 2007-ci ildə vergidən yayınmaq, terrorçuluq barədə yalan məlumat vermək və s. ittihamlarla 8 il yarım müddətinə azadlıqdan məhrum edilib.

Avropa İnsan Hüquqları Məhkəməsi Eynulla Fətullayevin bu proseslərdə hüquqlarının pozulması, buna görə də ona 25 min avro kompensasiya ödənməsi və azadlığa buraxılması barədə qərar çıxarıb.

Azərbaycan hökuməti ona qarşı əvvəlki ittihamları ləğv etsə də bu dəfə 2009-cu ilin dekabrında saxlandığı həbsxanda onun üzərindən narkotik vasitə tapılması ittihamı ilə onu həbsdə saxlamışdı. Sonuncu ittihamla Eynulla yenidən iki il altı ay azadlqıdan məhrum edilmişdi.
XS
SM
MD
LG