Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 16:28

Eynulla Fətullayev: «Mən prinsiplərin pərəstişkarı olmuşam»


Eynulla Fətullayev AzadlıqRadiosunun «İşdən sonra» proqramında qonaq olub
Eynulla Fətullayev AzadlıqRadiosunun «İşdən sonra» proqramında qonaq olub
Həbsdən çıxmış jurnalist Eynulla Fətullayev AzadlıqRadiosunun «İşdən sonra» proqramında qonaq olub. Eynulla Fətullayev canlı efirdə bunları söyləyib:

«HANSISA BİR İCTİMAİ XADİMİN HƏBSİ ADİLƏŞİB»

«Bütün gecəni yatmamışam. Bu xəbər həm gözlənilən, həm də gözlənilməz oldu. Gözlənilən o idi ki, mən çoxdan azadlığa çıxmalı idim və ümumiyyətlə həbsə düşməli deyildim. Gözlənilməz o idi ki, inanmırdim ki, belə tezliklə azadlığa buraxsınlar».

«Hər bir insanın sınma nöqtəsi var. Əgər insan məhrumiyyətlərlə üzləşir və prinsiplərindən imtina etmirsə, deməli o sınmır. Əgər insanın fiziki baxımdan sınmağı nəzərdə tutulursa, onda Nəsiminin də dərisini soymuşdular. Belə çıxır ki, Nəsimi də sınmışdı».

«Sabah Yeni Azərbaycan Partiyası liberal platformaya keçsə və yaxud Azərbaycanda köklü islahatların həyata keçirsə, onda Eynulla Fətullayev avtomatik olaraq YAP-ın tərəfdarı olacaq və beləliklə o sınacaq».

«Mən hansısa şəxsiyyətlərə pərəstiş etməmişəm. Mən prinsiplərin pərəstişkarı olmuşam».

«Ədliyyə sistemində Mədət Quliyev Pentensiar xidmətin rəisi təyin olunandan sonra rüşvətxorluq aradan qaldırılıb. Amma oxuduqlarımdan bilirəm ki, digər sahələrdə korrupsiya ilə mübarizə deklorativ səviyyədən irəli getmədi».

«Bu gün əfsuslar olsun ki, hansısa bir ictimai xadimin həbsi adiləşib. Hamı buna adi bir hal kimi baxır. Mən həbs olunanda Azərbaycanda yarıdemokratik sistem, qlamur avtoritarizm mövcud idisə, bu gün rejim qlamurluğun itirib».

«MƏNİM HEÇ BİR SİYASİ İDDİAM YOXDUR»

Eynulla Fətullayev
«Mən şübhəsiz jurnalistika ilə məşğul olmaq istəyirəm. Əfsuslar olsun ki, bu gün Azərbaycanda jurnalistika ilə məşğul olmaq çox təhlükəlidir. Mən peşəkar jurnalistika ilə məşğul olmaq imkanını qazanacamsa, işləyəcəyəm. Əks təqdirdə, yəni mənə bu imkan və şərait yaradılmasa məcbur olub mühacirət edəcəm».

«Mirşahin adı və onun həyatı fiaskoya uğrayıb və belə adamların dedikləri mənə maraqlı deyil. O, həmişə yıxılanlara balta çalıb».

«Mən həbsdə olarkən də öz azadlığımı qoruyub saxlamışam».

«Elmar Hüseynovun ölümünün tədqiqi ilə bağlı hər şeyi demişəm».

«Həbsxanada ciddi təzyiqlərə məruz qalmışam».

«Təhlükəsizliklə yanaşı məni Azərbaycandan getməyə başqa bir şey də məcbur edə bilər. Bu özünüsenzuraya qapanmadır».

«İkinci dəfə həbsxanaya qayıtmaq çox ağrılıdır».

«Əlimdən gələni edəcəm ki, «Realnıy Azerbaydjan» və «Gündəlik Azərbaycan» qəzetlərinin fəaliyyətini bərpa edim».

«Azərbaycanda qalıb, amma jurnalistika ilə məşğul olmaya da bilərəm. Təki valideynlərimi bu əzabdan xilas edim. Çünki onlar çox əzab çəkirdi».

«AVTORİTAR REJİMLƏRİN İNFORMASİYA SİYASƏTİ OLDUQCA SƏRTDDİR»

«Prezidentə şəxsi məktub yazmışdım. Ancaq əfv ərizəsini yazmadım».

«Mənim 34 yaşım var. Mən düşünmürəm ki, bu gündən sonra sənətimi və həyat tərzimi dəyişə bilərəm».

«Mətbuat vasitəsilə dövlət başçısından Bəxtiyar Hacıyevin , Cabbar Savalanlının və ümumiyyətlə bütün siyasi məhbusların azadlığa buraxılmasını xahiş etmişəm».

«Həbsxanada məni öldürmək cəhdləri olub. Amma Allah bunun qarşısını alıb. İndi həmin adam dünyasını dəyişib».

Eynulla Fətullayev müsahibə zamanı

«1 saylı cəzacəkmə müəssisəsinə məni təsadüfi göndərməmişdilər».

«Həbsxanalar feodal, orta əsrlik, zülmətdir. Orada insanlar haqsızdırlar. İnsanlara qarşı yumşaq desək atlar kimi davranırdılar. Mən özümü orta əsrdə hiss edirdim».

«Əvvəllər çox tələsirdim. Həbsxanada başa düşdüm ki, tələsmək lazım deyil, yaşamaq lazımdır. Bəzən gözləmək mövqeyində də durmaq lazımdır. Bəzən həya öz axarı ilə getməlidir. Mən özümü bu qədər iradəyə sahib olacağımı düşünmürdüm».

«MƏN AZƏRBAYCAN HÖKUMƏTİN YERİNDƏ OLSAYDIM MƏN DƏ EYNULLA FƏTULLAYEVİ NEYTRALLAŞDIRARDIM»

«Bu regionda demokratiya hələ əfsuslar olsun ki, uzun müddət həbsdə olacaq. 10-15 il mən demokratiyanın həbsdə olacağını gözləyirəm. Mən Azərbaycanda real dəyişiklikləri 2023-2025 –ci illərdə gözləyirəm».

«Azərbaycanda oliqarx yoxdur. Nazir oliqarx deyil. Olsa-olsa pludokrat ola bilər. Azərbaycanda elə bir nazir varmı ki, biz onu qəzetimizin səhifələrində tənqid etməyək».

««Eurovisiona» tamamilə biganəyəm. Mən melomanam. Bu müsabiqə peşəkarların yarışması olmadığı üçün tənqidi yanaşıram».

«Azərbaycanda siyasi islahatlar başlasa, biz də o siyasi islahatlara dəstək verməyə hazırıq».
XS
SM
MD
LG