Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:37

Hökumət Neft Fondundan daha 2.7 milyard xərcləyir


Arxiv şəkil
Arxiv şəkil
Mayın 27-də Milli Məclis "2011-ci ilin dövlət büdcəsi haqqında" qanuna dəyişikliklər etdi.

Maliyyə naziri Samir Şərifov parlamentin iclasında bildirib ki, "2011-ci ilin dövlət büdcəsi haqqında" qanuna dəyişikliklər sosial müdafiənin gücləndirilməsinə, ilk növbədə pensiya sistemində islahatların aparılmasına, büdcə təşkilatlarında çalışanların maaşlarının, sosial ödənişlərin artırılmasına yönəlib. Bununla yanaşı, dəyişikliklər bir sıra investisiya layihələrinin maliyyələşdirilməsini də nəzərdə tutur. Və bu məqsədlə ümumi xərclərin məbləği 3,1 mlrd. manatdır

NEFT FONDUNDAN 2.7 MILYARDLIQ ÖTÜRMƏ

Dövlət büdcəsinin gəlirləri 3,5 milyard manaya yaxın artırlıb. Beləliklə də bu ilin büdcəsi 30 faizə qədər artaraq 15,5 milyard manat olub. Hökumət əlavə olunan pulun 770 milyon manatını vergilər və gömrükdən toplamağı, 2.7 milyard manatını isə Dövlət Neft Fondundan götürməyi nəzərdə tutur.
Hökumət əlavə olunan pulun 770 milyon manatını vergilər və gömrükdən toplamağı, 2.7 milyard manatını isə Dövlət Neft Fondundan götürməyi nəzərdə tutur.


Maliyyə naziri pensiya təminatında islahatlara, eləcə də dövlət büdcəsindən maliyyələşən elm, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət, kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi sahəsində çalışanların, hərbi qulluqçuların, xüsusi rütbəli əməkdaşların və digər işçilərin əməkhaqqının artımına, pensiyaların, sosial müavinətlərin, təqaüdlərin artırlımasına 462.7 milyon manat əlavə puil ayrıldığını bildirir.

Bu ilin büdcəsində neftin bir barrelinin qiyməti 80 ABŞ dollarından hesablanıb. Amma əvvəlki büdcədə bu rəqəm 60 dollar idi.

BÜDCƏNİN GƏLİRLƏRİ İLK DƏFƏ 20 MİLYARDA ÇATACAQ

Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə dövlət büdcəsinə bu dəyişiklikləri “məcburi addım” adlandırır: “Azərbaycana pul gəlir. Biz də bir sıra layihələri icra etmək üçün Neft Fondundan vəsait götürməliyik. Bu dəyişikliklər nəticəsində dövlət büdcəsinin gəlirləri ilk dəfə 20 milyarda çatacaq”.

Rəşid Şerifin karikatirası

Z.Səmədzadə bildirdi ki, bu il neftin qiymətinin bahalaşması nəticəsində Neft Fondunun gəlirləri 4 milyard dollardan çox artacaq.

Bəzi ekspertlər isə hesab edirlər ki, neftin qiymətinin bahalaşması, yaxud Neft Fonduna yığılan vəsaitlərin artması heç də əsas vermir ki, hökumət dövlət büdcəsinə ötürməklə həmin vəsaitin axırına çıxsın.



NEFT FONDU OLMADAN DÖVLƏT BÜDCƏSI XƏRCLƏRIN 40 FAIZINI ÖDƏYƏ BILƏR

İqtisadçı ekspert Məhəmməd Talıblı deyir ki, bu dəfəki dəyişikliklər də onu göstərir ki, ildən ilə Neft Fondundan büdcəyə transfertlərin (ötürmələrin) miqyası azalmalı olduğu halda yenə də artmaqdadır. Yəni dövlət büdcəsinə daxilolmaların həcmi artırılarkən yenə də Neft Fonduna istinad edilir. Neft Fondunun bu səviyyədə xərclənməsi isə ona gətirib çıxarıb ki, hazırda büdcənin yardıan çoxunu həmin Fondundan götürülən pullar təşkil edir.

Məhəmməd Talıblının sözlərinə görə, Azərbaycanda sənaye tikinti investisiya xərclərinin həcminə nəzər salanda görmək olur ki, iri investisiya xərcləri məhz Neft Fondu vasitəsilə maliyyələşdirilir. Sadəcə bu pullar büdcə vasitəsilə xərclənir:
Neft Fondunun bu səviyyədə xərclənməsi isə ona gətirib çıxarıb ki, hazırda büdcənin yardıan çoxunu həmin Fondundan götürülən pullar təşkil edir.

”Bu onu göstərir ki, hökumət hər vəchlə neft pullarının daha sürətlə xərclənməsi istiqamətində kurs götürüb. Və bununla bağlı heç bir məhdudlaşdırıcı tədbirlərə əl atmır”.

Məhəmməd Talıblı müstəqil tədqiqatlara əsaslanaraq deyir ki, hazırda Neft Fondundan büdcəyə transfert olunan məbləğin cəmi 30 faizini həyata keçirmək olar. Bundan artıq həm büdcəni Neft Fondundan asılı vəziyyətə salır, həm də Neft Fondu büdcədə daha ciddi donora çevrilir. Bu həm də büdcəyə dinamik daxilolmaların həcmini azaltmaqla onu tənbəl bir alətə çevirir.

Ekspert deyir ki, Neft Fondu olmadan Azərbaycan büdcəsi xərclərin təxminən 40 faizini ödəmək qabiliyyətindədir. Neft Fonduna arxayınlaşaraq qurulan belə büdcə siyasəti düzgün deyil.
XS
SM
MD
LG