Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 15:45

İslandiyada vulkan püskürüb


İslandiyada yenidən vulkan püskürüb. Ölkənin cənub-şərqindəki ən aktiv yanardağı Grimsvotnda püskürən vulkanın külü 20 km. yüksəyə qalxıb. Külün İspaniyaya qədər yayılacağı deyilir.

Bu səbəblə İslandiyanın hava limanı müvəqqəti bağlanılıb, uçuslar təxirə salınıb.

İslandiya Universitetinin professoru, geofizik Magnus Tumi Gudmundsson bu il püskürən vulkanın keçən ilki «Eyjafjallajokull» vulkanından böyük və intensiv olduğunu deyib.

Eurocontrol (Avropanın hava nəqliyyatı ilə bağlı təşkilatı) isə hələlik ciddi bir təhlükənin olmadığını açıqlayıb.

Küçən il püskürən «Eyjafjallajokull» vulkanı Avropa hava sahəsinin beş gün bağlamış, təyyarə uçuşlarına uzun müddət mane olmuşdur.


HƏMÇİNİN OXU:

Vulkan təyyarə nəqliyyatını niyə dayandırır?

Yerdən göyəcən xaos

4000 manatlıq taksi səfəri
XS
SM
MD
LG