Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 17:24

4000 manatlıq taksi səfəri


Con Kliz
Con Kliz
«Bu İslandiyanı görürsən, nə öz pullarını idarə edə bilir, nə də vulkanlarını...».

Bu sözləri deyən məşhur ingilis komediya aktyoru Con Klizin zarafat etdiyini, yoxsa ciddi danışdığını anlamaq elə də asan deyil.

Artist Norveç telekanallarının çəkilişində iştirak etmək üçün Osloya gələndə İslandiyadakı vulkan hələ yatırdı. Öz işini qurtarıb geriyə qayıtmaq istəyəndə isə vulkan artıq öz tüstüsünü 11 kilometr səmaya püskürdürdü.

Yaxın günlərdə təyyarə ilə geri qayıtmağı Kliz ancaq unuda bilərdi.

Lakin komediya ustasının Norveçə səfərini təşkil edənlər taksi şirkəti ilə əlaqə saxlayırlar. Şirkət Klizi aparmağa boyun olur. Oslodan Brüsselə olan yolun qiymətini 30000 krona (təqribən 4000 manat) danışırlar.

Sonradan taksi sürücüsü ilə əlaqə saxlayan «Dagbladet» qəzeti yazır ki, sürücü məşhur sərnişindən razılıq edir. «Bütün yolu məni güldürüb» deyir.

İslandiyada vulkanın püskürməsindən yaranan nəhəng kül dumanı şimali Avropa üzərində yayılmaqdadır
Taksi şirkəti bildirir ki, taksi Brüsseldən geri boş qayıtmayacaq, artıq indidən maşındakı bütün yerlərə sərnişin tapıblar.

Avropada üzərində təyyarə uçuşlarının dayandırılması minlərlə adamı çıxılmaz vəziyyətə salıb. Qatarlara, bərələrə, avtobuslara biletlərin hamısı satılıb. Adamlar yol maşınları, yük maşınları ilə mənzil başına çatmağa can atırlar.

Amerikadan qayıdan Norveçin Baş naziri belə yolun İsveçrədən Osloya olan hissəsini səfirliyin maşınında qət etməli olub.

Təyyarələr isə hələ də aeroportlarda durub səbirsizliklə vulkanın dumanının dağılmasını gözləyirlər.

HƏMÇİNİN OXU

Yerdən göyəcən xaos
XS
SM
MD
LG